Arxiv
2 Avqust 2021, 08:55 | PARLAMENT
“Qələbəmiz Jirinovskini ciddi narahat edir” 

“Rusiya Liberal Demokrat Partiyasının sədri, Dövlət Dumasının üzvü Vladimir Jirinovskinin Azərbaycana qarşı mövqeyi, ölkəmiz haqqında səsləndirdiyi fikirlər Rusiya-Azərbaycan münasibətlərinin ruhuna uyğun deyil. Bu gün Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlıq səviyyəsində dəyərləndirildiyi halda, Vladimir Jirinovskinin davranışları hazırkı münasibətlərimizə zərər vurmaq məqsədi daşıyır”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

 

Deputat bildirib ki, Vladimir Jirinovski Rusiyanın “Komsomolskaya Pravda” radiosuna müsahibəsində bir sıra ölkələr, o cümlədən Azərbaycanla bağlı qərəzli mövqeyini ortaya qoyaraq siyasətçiyə yaraşmayan fikirlər səsləndirib. Onun fikirləri siyasətçidən daha çox təxribatçı, avantüristin mövqeyidir. Biz dəfələrlə Rusiya liberal-demokratlarının rəhbərinin Azərbaycanla yanaşı Türkiyənin haqqında da qəbulolunmaz fikirlər səsləndirdiyinin şahidi olmuşuq. Bu dəfəki müsahibəsində də o, eyni mövqe sərgiləyib. Hətta digər slavyan xalqlarına da qarşı şovinist mövqe ortaya qoyub.

 

Millət vəkilinin sözlərinə görə, bütün bunlar V.Jirinovskidə imperialst sterotiplərinin göstəricisidir:

 

“O, müsahibəsində dəfələrlə keçmiş rus imperiyasını xatırladır. Amma unudur ki, keçmiş keçmişdə qalıb. Tarixin təkərini geri döndərmək onun üçün yalnız xəyal ola bilər. Azərbaycan cəmiyyəti Jirinovskini işğalçı Ermənistanın fəal təəssübkeşi kimi də yaxşı tanıyır. Yəqin İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbə qazanması, torpaqlarımızın erməni işğalından azad olunması bu rus “siyasətçisini” ciddi narahat edir. Bu səbəbdən də, Azərbaycanın daxili siyasəti ilə bağlı qeyri-ciddi proqnozlar verir. Məncə,  Azərbaycanda mövcud milli birliyin, xalqın Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini Jirinovski də yaxşı bilir. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə torpaqlarımızın erməni işağlından azad edilməsi, qazanılan zəfər bu birliyi daha da gücləndirib. Eləcə də,   siyasi islahatlar fonunda sağlam iqtidar-müxalifət dialoqu qurulub, yeni siyasi konfiqurasiya yaradılıb. Bunun nəticəsi kimi, bu gün dövlətin təməl prinsipləri ətrafında bütün siyasi partiyalar həmrəylik nümayiş etdirir. Prezident İlham Əliyevin dəmir yumruğu birlik və tükənməz güc rəmzi kimi bütün dünyanı heyran etməkdədir. Bütün bunların fonunda, Jirinovskinin ölkəmizlə bağlı “proqnozu” yalnız “siyasi sayıqlamalar” kimi dəyərləndirilə bilər. Ümumiyyətlə, V.Jirinovski Rusiya cəmiyyətində bu ölkənin siyasətinin əxlaqi dəyərlərə, insani münasibətlərə, Rusiyanın daxili qanunvericiliyinə, üzvü olduğu Rusiya Dövlət Dumasının şərəfinə, beynəlxalq hüquq norma və qaydalarına əməl etməyən, Rusiya siyasətinin ən məşhur şoumeni adını alıb. Belə olan təqdirdə belə bir şəxsin hər hansı fikirləri ciddiyə alınmamalıdır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq müzakirə olundu 20 Sentyabr 2021, 23:31 Türkiyədə daha 231 nəfər virusun qurbanı oldu 20 Sentyabr 2021, 23:20 Bakıda yaşayış binasında yanğın oldu 20 Sentyabr 2021, 23:05 Ərdoğan Quterreşlə görüşdü 20 Sentyabr 2021, 22:52 ABŞ-da “Türk evi”nin açılışı oldu 20 Sentyabr 2021, 22:41 ABŞ Avstraliya ilə müqavilədən imtina etməyəcək 20 Sentyabr 2021, 22:28 İnternetlə bağlı problemlər müzakirə olundu 20 Sentyabr 2021, 22:09 Daha bir ölkədə peyvəndin 3-cü dozası vurulacaq 20 Sentyabr 2021, 22:07 2 milyonluq oğurluq edən “alpinist”dən XƏBƏR VAR 20 Sentyabr 2021, 21:49 Şəhid anasını aldadan zatıqırıqlar.. 20 Sentyabr 2021, 21:46 Azərbaycanı hədələyən İran mollasına kim cavab verəcək: Allahşükür Paşazadə, yoxsa Hacı Şahin?.. 20 Sentyabr 2021, 21:40 Küveyt mətbuatı Azərbaycan nəqliyyatından yazdı 20 Sentyabr 2021, 21:37 "Azərxalça”nın sabiq sədrinin işi məhkəməyə göndərildi 20 Sentyabr 2021, 21:27 ABŞ-a gedənlərdən bunlar tələb olunacaq 20 Sentyabr 2021, 21:13 “Qarabağ” “Sumqayıt”ı məğlub etdi 20 Sentyabr 2021, 20:58 “ƏDV geri al”dan nə qədər vəsait qaytarılıb? 20 Sentyabr 2021, 20:54 "Texnofest-2022" Azərbaycanda keçiriləcək 20 Sentyabr 2021, 20:42 "Qarabağ"ın müdafiəçisi zədələndi 20 Sentyabr 2021, 20:34 ABŞ-da yoluxma sayı 42 milyonu keçib 20 Sentyabr 2021, 20:20 Heyvandarlıq məhsulları “fermadan süfrəyədək” izlənəcək 20 Sentyabr 2021, 20:02 Avtovağzaldan çıxan avtobusların sayı 2 dəfə artırılır 20 Sentyabr 2021, 19:59 Azərbaycan və Fransa minatəmizləməyə dair sənəd imzalayacaq 20 Sentyabr 2021, 19:45 Neft-qaz sektoruna nə qədər investisiya qoyulub? - RƏSMİ 20 Sentyabr 2021, 19:31 Nazirlik qazinin şikayəti ilə bağlı açıqlama yaydı 20 Sentyabr 2021, 19:28 Şəki Penitensiar Müəssisəsində nöqsanlar aşkarlandı 20 Sentyabr 2021, 19:19 Türkiyə hərbçiləri Naxçıvanda gəldi - VİDEO 20 Sentyabr 2021, 19:13 Şəhid ailəsinə qarşı dələduzluq edənlər saxlanıldı - VİDEO   20 Sentyabr 2021, 19:08 İlham Əliyev Vladimir Putini təbrik edib 20 Sentyabr 2021, 19:05 Dolların sabaha olan məzənnəsi 20 Sentyabr 2021, 18:54 Meşə materiallarını daşıyan şəxslər müəyyən edildi 20 Sentyabr 2021, 18:47 Son sutkada 1025 nəfər peyvənd olunub 20 Sentyabr 2021, 18:34 Koronavirusdan sağalanlar yoluxanları 3 dəfə üstələdi 20 Sentyabr 2021, 18:33 Büdcənin gəlir və xərcləri açıqlandı 20 Sentyabr 2021, 18:26 Əhalinin banklardakı əmanətləri artıb 20 Sentyabr 2021, 18:14 ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsi başlandı 20 Sentyabr 2021, 18:05
SORĞU Hansı vaksinə etibar edirsiniz?