Arxiv
2 Avqust 2021, 14:05 | AKTUAL
Saxta COVİD-19 pasportu verən tibb işçiləri SAXLANILDI

Daxil olmuş məlumatlar və aparılan yoxlamalar nəticəsində paytaxt ərazisində yerləşən bir neçə tibb müəssisəsində pul müqabilində bəzi vətəndaşlara dair məlumatların vaksinasiya prosesindən keçmədən “e-TƏBİB” elektron qeydiyyat sisteminə yerləşdirilməsi və bununla da həmin şəxslərin guya vaksin olunmaları ilə bağlı saxta COVİD-19 pasportu ilə təmin edilmələri məlum olub.

Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən Modern.az-a daxil olan birgə məlumatda bildirilib.

Belə ki, həyata keçirilən əməliyyat zamanı müəyyən olunub ki, Sabunçu rayonunda yerləşən 11 saylı poliklinikanın qeydiyyatçısı Nəzrin Məmmədova, həmin tibb müəssisəsinin, eləcə də Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri Gülnarə Mədətzadə və Vaqif Mirzəyevlə əlbir olaraq vətəndaşlardan 150 manat məbləğində pul alıb onlara vaksinasiyadan keçmədən peyvənd olunmalarını özündə əks etdirən saxta sənəd təqdim ediblər. Bu şəxslərin eyni üsulla çoxsaylı vətəndaşlardan pul alaraq onları peyvənd olunmadıqları halda “e-TƏBİB” elektron qeydiyyat sistemində vaksin olunmuş şəxslərin siyahısına daxil etdikləri də məlum olub.

 

Analoji hal Bakı Şəhər Baş Səhiyyə İdarəsinin Kürdəxanı Sağlamlıq Mərkəzində də aşkar edilib.


Müəyyən olunub ki, həmin mərkəzin həkimi Ayaz Kərimov qeyd edilən müəssisədə tibb bacısı işləyən Kəmalə Əliyeva ilə birlikdə pul müqabilində ayrı-ayrı vətəndaşlar barədə guya onların vaksin olunmalarını özundə əks etdirən saxta məlumatları “e-TƏBİB” elektron qeydiyyat sisteminə daxil ediblər. Bununla da Ayaz Kərimov və Kəmalə Əliyeva tərəfindən pul aldıqları vətəndaşlara peyvənd olunmadan onlara vaksin vurulduğu barədə saxta sənəd təqdim olunub.

 

Qeyd edilən hər iki faktla bağlı  Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaq araşdırmaları aparılır. İş üzrə əhəmiyyət kəsb edən halların, göstərilən qanun pozuntularında hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi  vətəndaşlara müraciət edərək koronavirus əleyhinə peyvənd vurulması, habelə COVID-19 testinin nəticələri ilə bağlı vətəndaşlara saxta sənəd verilməsi halları ilə üzləşdikdə “102” Xidməti Zəng Mərkəzi, "961" nömrəli "Çağrı Mərkəzi", "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat verilməsini xahiş edir.

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Van Qoqun yeni aşkarlanan rəsm əsəri sərgiləndi 17 Sentyabr 2021, 00:50 “Qalatasaray” avtoqolla “Latsio”ya qalib gəldi 17 Sentyabr 2021, 00:45 Bu ölkədə peyvənddən imtina edən 3000 həkim işdən qovuldu 17 Sentyabr 2021, 00:38 Niderland XİN rəhbəri istefa verdi – SƏBƏB 17 Sentyabr 2021, 00:31 Rusiyada parlament seçkiləri başladı 17 Sentyabr 2021, 00:15 Səyyad Əlizadə Mərkəzi Gömrük hospitalına köçürüldü 17 Sentyabr 2021, 00:10 İlisu qoruğunun ərazisi yanğından mühafizə olundu 17 Sentyabr 2021, 00:02 ABŞ Avstraliyadakı hərbi varlığını artırır 16 Sentyabr 2021, 23:52 Qurban Qurbanov pivə butulkasının götürülməsini istədi 16 Sentyabr 2021, 23:31 Mediasiya qanunvericiliyinin tətbiqi məqsədilə işçi qrup yaradıldı 16 Sentyabr 2021, 23:28 XİN: Ermənistanı məsuliyyətə cəlb edəcəyik 16 Sentyabr 2021, 23:26 Ermənilərin Oxçuçayı çirkləndirməsi Moldova mətbuatında 16 Sentyabr 2021, 23:14 Bakıda mənzildə qadın meyiti tapıldı 16 Sentyabr 2021, 23:10 Naxçıvandan Gəncəyə aviareys fəaliyyətə başladı 16 Sentyabr 2021, 22:51 “Qarabağ”-“Bazel” oyunu qolsuz keçdi 16 Sentyabr 2021, 22:45 Avropa Müdafiə İttifaqı yaradıla bilər 16 Sentyabr 2021, 22:36 Goranboyda ikimərtəbəli ev yandı 16 Sentyabr 2021, 22:23 “Gənclər siyasəti haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılır 16 Sentyabr 2021, 22:13 Fondun xətti ilə 35 min 576 ipoteka krediti verilib 16 Sentyabr 2021, 22:03 “Bədən tərbiyəsi və idman haqqında” qanun layihəsi müzakirəyə çıxarılır 16 Sentyabr 2021, 21:56 MEDİA rəhbərliyi Qazaxıstanda görüşlər keçirir 16 Sentyabr 2021, 21:51 İƏT nümayəndələri Şuşada monitorinq apardı 16 Sentyabr 2021, 21:43 "Doing Business" hesabatının verilməsi dayandırılır 16 Sentyabr 2021, 21:31 Çində tam peyvənd olanların sayı 1 milyardı keçdi 16 Sentyabr 2021, 21:20 Xarici şirkətlər üçün yeni tələblər 16 Sentyabr 2021, 21:10 Türkiyədə daha 262 nəfər virusdan öldü 16 Sentyabr 2021, 20:54 Türkiyə-İran sərhədi açıldı 16 Sentyabr 2021, 20:43 Kabilə bir neçə raket düşüb 16 Sentyabr 2021, 20:36 Dövlət xətti ilə kirayə verilən mənzillərin sayı açıqlandı 16 Sentyabr 2021, 20:29 Ötən ay dəmir yolu ilə 213 min sərnişin daşınıb 16 Sentyabr 2021, 20:17 Nigeriyada aviazərbələr endirildi: 9 ölü, 23 yaralı 16 Sentyabr 2021, 20:13 Türk Ağsaqqalları Birliyinin yaradılması xəbəri təkzib edildi 16 Sentyabr 2021, 19:59 Samuxda məişət evi yandı 16 Sentyabr 2021, 19:51 "Üç qardaş - 2021” təlimi davam edir - VİDEO 16 Sentyabr 2021, 19:38 Zaxarova İranın yük maşınlarının saxlanmasından DANIŞDI 16 Sentyabr 2021, 19:36
SORĞU Hansı vaksinə etibar edirsiniz?