Modern.az

Rəisinin andiçməsinə 10 prezident qatılacaq

Rəisinin andiçməsinə 10 prezident qatılacaq

3 Avqust 2021, 08:20

İranın yeni prezidenti Seyid İbrahim Rəisinin andiçmə mərasimində 73 ölkədən 115 nümayəndə iştirak edəcək.


Modern.az xəbər verir ki, bu barədə İran İslam Şurası Məclisinin idarə heyətinin nümayəndəsi Nizaməddin Müsəvi bildirib.

 

Onun sözlərinə görə, parlamentin binasında keçiriləcək mərasimdə tibbi protokola ciddi nəzarət olunacaq. 

 

10 dövlətin prezidenti mərasimdə iştirak edəcəyini bildirib.

 

Avqustun 5-də keçiriləcək mərasimə 20 dövlətin parlamentinin sədri, 11 xarici işlər naziri, 10 müxtəlif səviyyəli nazir və dövlət başçılarının xüsusi nümayəndələri qatılacaqlar.

 

Bunlarla yanaşı, mərasimdə BMT-nin Baş katibi, Avropa İttifaqının, Avrasiya İqtisadi Birliyinin, İqtisadi Əməkdaşlıq Təşkilatının təmsilçiləri də iştirak edəcəklər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi