Modern.az

Ramil Quliyev yarımfinalda

Ramil Quliyev yarımfinalda

3 Avqust 2021, 09:06

Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

 

Modern.az-ın məlumatına görə, 200 metr məsafəyə qaçışda yarışan 31 yaşlı idmançı təsnifat mərhələsində 20.54 saniyə ilə finişə ikinci çatıb və yarımfinala yüksəlib.

 

Yarımfinal Bakı vaxtı ilə saat 15:50-də başlayacaq.

 

Qeyd edək ki, Ramil Quliyev 2017-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda dünya çempionu olub. Atlet 2018-ci ildə Almaniyanın paytaxtı Berlində Avropa çempionu adını qazanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır