Modern.az

Ağsuda dağlıq ərazi yanır

Ağsuda dağlıq ərazi yanır

Hadisə

5 Avqust 2021, 11:11

Ağsuda “El yeri” adlanan dağlıq ərazinin yaxınlığında yanğın baş verib.

 

Modern.az müxbiri xəbər verir ki, yanğın ötən gün saat 22:30 radələrində kol-kosluq ərazidə başlayıb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu, Şamaxı və İsmayıllı yanğından mühafizə hissələrindən 5 yanğınsöndürən maşın və xeyli canlı qüvvə cəlb olunub.

 

Hazırda yanğının meşəlik ərazilərə keçmədən söndürülməsi üçün mübarizə aparılır. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür