Modern.az

FHN Ağsudakı yanğınla bağlı məlumat yaydı

FHN Ağsudakı yanğınla bağlı məlumat yaydı

Hadisə

5 Avqust 2021, 12:22

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonu, Gəgəli kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

 

Modern.az FHN-in saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub. Hal-hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

 

İlkin məlumata əsasən, təxminən 15 ha sahədə quru ot və kol-kos yanır.

 

Əlavə məlumat veriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır