Modern.az

Xankəndi susuz qaldı

Xankəndi susuz qaldı

8 Avqust 2021, 15:10

Avqustun 8-də səhər saatlarında Qarabağdakı rus sülhməramlılarının nəzarət zonasındakı separatçı qüvvələr Xankəndi şəhərinin erməni əhalisinə şəhərdəki içməli su problemi ilə bağlı müraciət ediblər.

 

Modern.az Ermənistan KİV-lərinə istinadla xəbvər verir ki, Xankəndidə minlərlə insan içməli sudan məhrumdur:

 

"Şəhər "meriyası" şəhərin aşağı ərazilərində yaşayan və içməli suyu olan vətəndaşlardan həmin sudan qənaətlə istifadə etmələrini xahiş edir", - müraciətdə deyilir.

 

Xatırladaq ki, Azərbaycan ordusu tərəfindən azad edilən Şuşa şəhərindən geri çəkilmədən öncə separatçı qüvvələr şəhərin su təchizatı sistemini sıradan çıxarıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir