19 Oktyabr 2021, Çərşənbə axşamı
Arxiv
9 Avqust 2021, 19:13 | DİASPOR
Azərbaycanın Zəfəri Pakistanda milli qələbə kimi qarşılanıb

Qahirədə keçirilən “Fətva Evləri rəqəmsal texnologiyalar dövründə: İnkişaf problemləri və əməkdaşlıq mexanizmləri” mövzusunda beynəlxalq konfrans çərçivəsində Pakistanın dini işlər və vəqflər naziri Pir Nur-ul Həqqlə Misirdəki Azərbaycan diasporunun rəhbəri, tədqiqatçı-alim Seymur Nəsirovun görüşü olub.

 

Diaspora Komitəsindən Modern.az-a verilən məlumata görə, pakistanlı nazir diaspor təşkilatının rəhbərinə bildirib ki, ölkəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan 44 günlük Vətən müharibəsi ədalətli mübarizə kimi qiymətləndirilir və əldə edilən Zəfər Pakistanda milli qələbə kimi qarşılanıb.

 

Pakistanın qardaş Azərbaycanla birlikdə işğaldan azad edilmiş torpaqlarda quruculuq işlərinin aparılmasını, ermənilərin dağıtdıqları dini, tarixi abidələrin, məscidlərin bərpasını həyata keçirməyə hazır olduğunu vurğulayan nazir xatırladıb ki, 15 il əvvəl Azərbaycana səfər edib. Ölkəmizdə pakistanlılara qarşı münasibətdə böyük hörmətin şahidi olduğuğunu qeyd edən nazir Misirdə geniş fəaliyyət göstərən Azərbaycan diaspor mərkəzində pakistanlı tələbələrə göstərilən diqqət və qayğını təqdirəlayiq hadisə adlandırıb.

 

Bildirib ki, rəhbərlik etdiyi nazirlik Azərbaycanla əlaqələrin daha da möhkəmlənməsinə töhfələr verməyə hazırdır: “Qardaş ölkənin müvafiq qurumları və ilahiyyatçı alimləri, din xadimləri ilə sıx əməkdaşlıq edəcəyik. Bu məqsədlə yaxın vaxtlarda Azərbaycana səfər etməyi də nəzərdə tuturam. Pakistan və Azərbaycan liderlərinin dostluq və qardaşlıq münasibətləri, xalqlarımızın bir-birinə yüksək ehtiramı ikitərəfli əlaqələrin daha da inkişafına zəmin yaradır”.

 

Qeyd edək ki, beynəlxalq konfrans Ümumdünya Fətva Evləri və Heyətləri Baş katibliyinin təşkilatçılığı ilə baş tutub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
TÜRK PA baş katibindən ilk açıqlama - VİDEO 19 Oktyabr 2021, 09:50 Azərbaycan nefti ucuzlaşdı 19 Oktyabr 2021, 09:45 Vaşinqton-Ankara GƏRGİNLİYİ: F-35 proqramından çıxarılma Türkiyəyə milyardlarla dollar ziyan vurub 19 Oktyabr 2021, 09:40 Sentyabrda sosial ödəniş ALANLAR 19 Oktyabr 2021, 09:34 ADR Partiyasının təşkilat rəhbəri vəfat edib 19 Oktyabr 2021, 09:28 Ölkədə peyvəndlənənlər 50 faizə çatır  19 Oktyabr 2021, 09:24 Azərbaycan və Türkiyə deputatları Ankarada GÖRÜŞDÜLƏR 19 Oktyabr 2021, 09:20 Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ 19 Oktyabr 2021, 09:16 Bakıda COVID-19-a yoluxma AZALIB 19 Oktyabr 2021, 09:12 Həkimlər xərçəngin qeyri-adi əlamətini açıqladılar 19 Oktyabr 2021, 09:06 Azərbaycanda koronavirusa ən çox və an az yoluxma haralardadı... 19 Oktyabr 2021, 09:00 Vilayət Eyvazov bu rayonlara rəis təyin etdi 19 Oktyabr 2021, 08:58 İran rəsmisi: “Azərbaycandan yaxşı mesajlar aldıq” 19 Oktyabr 2021, 08:51 On ölkənin səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağrıldı 19 Oktyabr 2021, 08:43 Bu gün ÇL-də 8 matç var 19 Oktyabr 2021, 08:33 Dünyada COVID-19-dan ölənlərin sayı 240 milyonu ÖTDÜ 19 Oktyabr 2021, 08:20 Vətən müharibəsi xronikası - Cəbrayılın kəndləri işğaldan azad olundu 19 Oktyabr 2021, 07:52 Azərbaycanda VAR sisteminin tətbiqi ilə bağlı təlim 19 Oktyabr 2021, 00:53 Sahibə Qafarova: "Azərbaycan-Pakistan qardaşlığı əbədi davam edəcək" 19 Oktyabr 2021, 00:07 Pakistanın spikerindən Azərbaycana təbrik 18 Oktyabr 2021, 23:38 Ermənistana daha bir hərbçinin cəsədi təhvil verildi 18 Oktyabr 2021, 23:18 Qərbi Azərbaycan icmasında görüş 18 Oktyabr 2021, 23:16 NATO-dan Azərbaycana təşəkkür 18 Oktyabr 2021, 22:36 Ərdoğandan Müstəqilliyin Bərpası Günü ilə bağlı PAYLAŞIM 18 Oktyabr 2021, 22:10 Dünyanı İraqa müdaxilə etməyə inandıran adam: Kolin Pauell 18 Oktyabr 2021, 21:47 İran Rusiyadan qırıcılar almaq istəyir 18 Oktyabr 2021, 21:30 ASCO gəmiləri Baltik və Şimal dənizlərində 18 Oktyabr 2021, 21:15 Romanovların zinət əşyaları satışa çıxarılır 18 Oktyabr 2021, 20:56 Üç ölkənin parlament komitələri görüşdü 18 Oktyabr 2021, 20:40 Futzalda millimizin rəqibləri bəlli oldu 18 Oktyabr 2021, 20:34 Afrika ölkəsi Türkiyədən dron almaq istəyir 18 Oktyabr 2021, 20:15 Baş Prokurorluqdan Türkiyəyə SƏFƏR 18 Oktyabr 2021, 19:57 Aİ rəsmisi: “Azərbaycanın inkişaf yolunu dəstəkləyirik” 18 Oktyabr 2021, 19:44 Tbilisi teleqülləsi Azərbaycan bayrağı rəngində 18 Oktyabr 2021, 19:30 Tərtər sakini güllələnərək öldürülüb 18 Oktyabr 2021, 19:30