Modern.az

IV qrupda iki məzun yüksək nəticə göstərdi

IV qrupda iki məzun yüksək nəticə göstərdi

Təhsil

10 Avqust 2021, 18:11

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə iyulun 27-28-də keçirilmiş qəbul imtahanlarının nəticələrini elan edib.

 

Qəbul imtahanında IV ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan 2 nəfər – Cəbrayıl rayonu, Sirik kənd orta məktəbi və Quba rayonu, Rustov kənd orta məktəbinin məzunları göstəriblər.

 

Dövlət İmtahan Mərkəzindən Modern.az-a bildirilib ki, Cəbrayıl rayonu, Sirik kənd orta məktəbinin (Ə.Veysəlov adına) məzunu hər iki mərhələnin cəminə görə 692.5 bal toplayıb və bu nəticə IV ixtisas qrupu üzrə ən yüksək baldır.

 

Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır