Modern.az

ABŞ Dövlət Departamenti rəsmisi Bakıya gəlir

ABŞ Dövlət Departamenti rəsmisi Bakıya gəlir

13 Fevral 2010, 12:19

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə yardımçısı Bill Börns Yaxın Şərqə səfər çərçivəsində Azərbyacana səfər edəcək. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  bu barədə Amerika Dövlət Departamentinin rəsmi nümayəndəsi  Filipp Krouli bildirib. Dövlət Departamentində keçirdiyi ənənəvi brifinqdə Krouli qeyd edib ki, Börns fevralın 19-da Bakıya gələcək və Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Görüşdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi mövzuları diqqətdə olacaq. Departament rəsmisi həmçinin Azərbaycanın vətəndaş cəmiyyəti üzvləri ilə də bir araya gələcək.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər