Modern.az

Ermənistan məhv edilmiş 50 hərbçinin şəxsiyyətini müəyyən edə bilmir

Ermənistan məhv edilmiş 50 hərbçinin şəxsiyyətini müəyyən edə bilmir

Qarabağ

24 Avqust 2021, 16:50

Ermənistanın 44 günlük İkinci Qarabağ müharibəsində məhv edilmiş 50 hərbçisinin cəsəd qalıqları təkrar DNT analizi üçün Hollandiyada saxlanılır.

Modern.az xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anahit Avanesyan çərşənbə axşamı parlamentdə jurnalistlərə açıqlamasında deyib.


Söhbət Ermənistanda şəxsiyyəti müəyyən edilə bilməyən cəsədlərin qalıqlarından gedir. Nazir həmin qalıqların xaricdə daha mürəkkəb müayinədən keçiriləcəyini bildirib.

Anahit Avanesyanın sözlərinə görə, hərbçilərin qalıqları tapıldıqdan sonra sonra qohumlarının xaricdə də daxil olmaqla ikinci analiz tələb etdikləri hallar olub.

“Dövlət bu tələbləri yerinə yetirdi və təkrar analiz 20-dən çox adamın qalıqları ilə eyni nəticəni göstərdi”.


Avanesyan bildirib ki, araşdırılan qalıqların saxlanma şəraitinin yaxşılaşdırılması üçün daimi işlər aparılır. Belə ki, sentyabr ayında Xocavənd şəhərində yeni bir məhkəmə tibbi müayinə mərkəzi istifadəyə veriləcək və Metsamordakı bənzər bir mərkəz bir az sonra fəaliyyətə başlayacaq.


Baş naziri Nikol Paşinyan bu gün Qarabağdakı 44 günlük müharibə zamanı Ermənistan tərəfindən ölənlərin sayı ilə bağlı yeni məlumatlar açıqlayıb. O, ölənlərin sayının 3373 nəfər olduğunu, daha 243 nəfərin isə itkin düşmüş sayıldığını bildirib.



 A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi