Modern.az

“67 il Sizin xidmətinizdə”

“67 il Sizin xidmətinizdə”

Aktual

30 Oktyabr 2012, 17:34

Gənclər üçün Təhsil Mərkəzi BMT-nin yaradılmasının 67-ci ildönümü münasibətilə başladığı silsilə tədbirləri başa çatdırır. Bu gün Mingəçevir şəhərində keçirilən sonuncu tədbirdə şəhərin gəncləri ilə birgə bu nüfuzlu qurumun 67 il müddətində keçdiyi yola nəzər yetirilib. BMT-nin İnformasiya Departamentinin texniki dəstəyi ilə baş tutan tədbirdə gənclərə BMT-nin yaradılması, missiyası, onunla bağlı əsas faktlar və s. haqqında məlumat verilib, zəruri ədəbiyyatlar paylanılıb. “67 il Sizin xidmətinizə” devizi ilə həyata keçirilən tədbirlərdə gənclər üçün BMT-nin fəaliyyətinə həsr olunmuş filmlər nümayiş etdirilib, gəncləri maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, Gənclər üçün Təhsil Mərkəzi tərəfindən bu tədbirlərin keçirilməsində məqsəd beynəlxalq əhəmiyyət daşıyan əlamətdar günlərdə və tədbirlərdə Azərbaycan gənclərinin fəallığını nümayiş etdirməkdir.



Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!