Arxiv
4 Sentyabr 2021, 16:18 | PARLAMENT
Spiker seçicilərlə videoqəbul keçirdi

Bu gün 98 saylı Şəmkir şəhər seçki dairəsindən deputat, Milli Məclisin sədri Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib.

 

Modern.az xəbər verir ki, videoqəbulda spiker Sahibə Qafarova secicilərin müxtəlif məsələlərlə əlaqədar müraciətlərini dinləyib. Qəbulda iştirak edən bəzi seçicilər isə əvvəlki qəbullarda və müraciətlərdə qaldırılan bir sıra məsələlərin həllinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, bundan öncəki videoqəbullarda seçicilər tərəfindən qaldırılan məsələlərlə bağlı müvafiq dövlət qurumlarına sorğular göndərilib, bir qisim məsələlər artıq müsbət həllini tapıb.

 

Videoqəbulda Sahibə Qafarova ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaşların sosial-müdafiəsinin və həyat şəraitlərinin yaxşılaşdırılması, regionlarda infrastruktur təminatının daha da gücləndirilməsi yaxşılaşdırılması və müasirləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verərək deyib ki, Azərbaycan sosial dövlətdir və həyata keçirilən siyasətin mərkəzində insan amili, ölkə vətəndaşlarının mənafeyi dayanır. O xüsusi olaraq qeyd edib ki, hətta pandemiya şəraitində belə sosial layihələrin icrası davam etdirilir. Sahibə Qafarova vurğulayıb ki, dövlətin bu sahədə gördüyü işlərə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir.

 

Milli Məclisin sədri ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində görülən tədbirlər haqqında da məlumat verərək hər kəsin Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyyələrinə əməl etməyinin vacibliyini vurğulayıb. O, seçiciləri mövcud vəziyyətlə əlaqədar zəruri sosial davranış, şəxsi gigiyena və tibbi – profilaktik qaydalara əməl etməyə, sosial məsafəyə riayət etməyə çağırıb.

 

Videoqəbulda spiker seçicilərə ötən il Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbə və ərazi bütövlüyümüzün bərpa olunması, azad olunmuş ərazilərimizdə həyata keçirilən yenidənqurma və bərpa işləri, şəhid ailələrinə və əlillərə yüksək dövlət qayğısı, həmçinin Milli Məclisin fəaliyyəti və digər məsələlər barədə də məlumat verib.

 

Qeyd edək ki, videoqəbulda Şəmkir rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edib. Seçici müraciətlərində əksini tapan bəzi məsələlər yerli xarakterli olduğundan baxılması üçün İcra Hakimiyyəti nümayəndələrinə yönləndirilib. Digər müraciətlərin araşdırılması üçün aidiyyatı orqanlara sorğular göndərilib. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
COVID-19 pasportu olmayan valideynlər məktəbələrə buraxılmır 20 Sentyabr 2021, 09:19 Azərbaycanda ötən il 16 nəfər cəzaçəkmə müəssisələrindən QAÇIB 20 Sentyabr 2021, 09:14 Yaponiyada yaşlı əhalinin sayı rekord həddə çatıb 20 Sentyabr 2021, 09:10 Xarici valyutaların manata qarşı məzənnələri 20 Sentyabr 2021, 09:05 Bakının əsas yollarında tıxac var - SİYAHI 20 Sentyabr 2021, 09:00 Ərdoğan ABŞ-da türk və Azərbaycan icmalarının üzvləri ilə görüşdü 20 Sentyabr 2021, 08:50 Başını Ermənistana əyən İran “səyasətbazları” indiyədək nə din tanıyıb, nə iman...  20 Sentyabr 2021, 08:43 Bulvarda gənc qız özünü dənizə atdı 20 Sentyabr 2021, 08:00 Dünyada koronavirusa yoluxanların sayı 229 milyonu ötdü 20 Sentyabr 2021, 07:53 Azərbaycan ərazisinə keçmiş ermənilər geri qaytarıldı 20 Sentyabr 2021, 07:42 Ərdoğan ABŞ-da səfərdədir 20 Sentyabr 2021, 07:30 Britaniyada 29.6 min yoluxma qeydə alındı 20 Sentyabr 2021, 00:46 Məşhur boksçu prezident olmaq istəyir 20 Sentyabr 2021, 00:37 Çoxmərtəbəli yaşayış binasında yanğın oldu 20 Sentyabr 2021, 00:22 “Əsrin müqaviləsi”nin 27 ili tamamlandı 20 Sentyabr 2021, 00:07 Şahmatçılarımız Moldova yığmasına qalib gəldi   19 Sentyabr 2021, 23:51 Bodibildinqçimiz tarixi uğura imza atdı 19 Sentyabr 2021, 23:38 Makron İsveçrə səfərini ləğv etdi - SƏBƏB 19 Sentyabr 2021, 23:24 “Çelsi” səfərdə “Tottenhem”i məğub etdi 19 Sentyabr 2021, 23:01 Batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas edildi 19 Sentyabr 2021, 22:54 Vahid Rusiya partiyası seçkilərdə öndə gedir   19 Sentyabr 2021, 22:35 "BMT Qarabağ məsələnin həll edilməsində istəksizlik göstərdi" - Koffi 19 Sentyabr 2021, 22:30 Mahir Emrelidən “Legiya”da növbəti qol 19 Sentyabr 2021, 22:14 ABŞ-da hərbi təyyarə qəzaya uğradı 19 Sentyabr 2021, 21:51 Deputatlar Rusiyada seçkiləri müşahidə etdilər 19 Sentyabr 2021, 21:40 Türkiyə əhalisinin 67.7% tam peyvəndlənib 19 Sentyabr 2021, 21:34 Rusiyada parlament seçkiləri başa çatdı 19 Sentyabr 2021, 21:17 Baş nazir vulkana görə ABŞ səfərini təxirə saldı 19 Sentyabr 2021, 21:06 İsraildə sutkalık 7 mindən artıq yoluxma 19 Sentyabr 2021, 20:54 Bu ölkədə vulkan püskürdü 19 Sentyabr 2021, 20:46 “Neftçi” “Keşlə”ni darmadağın etdi 19 Sentyabr 2021, 20:33 230-dan çox xarici vətəndaş Kabili tərk etdi 19 Sentyabr 2021, 20:18 “Bursaspor” baş məşqçini istefaya göndərdi 19 Sentyabr 2021, 20:07 Gürcüstan yenidən silkələndi 19 Sentyabr 2021, 19:49 Hindistandan quş və quş əti idxalı dayandırıldı 19 Sentyabr 2021, 19:40
SORĞU Hansı vaksinə etibar edirsiniz?