28 Sentyabr 2021, Çərşənbə axşamı
Arxiv
9 Sentyabr 2021, 10:48 | PARLAMENT
Bu nazirliyin rəhbər şəxsləri Milli Məclisə çağırılacaq

"Turizm haqqında" yeni qanun layihəsi hazırdır. Müvafiq qurumlarla razılaşmaya göndərilib. Şəhid ailələri, Qarabağ əlillərinə göstərilən sosial müdafiə tədbirləri və problemlərlə bağlı dinləmə keçirəcəyik. İlk iclasda deputatlar hansı məsələləri qaldırsalar, onları da iş planına daxil edəcəyik. Ola bilər ki, əlavə dinləmələr, qanun layihələri təqdim olunsun".

 

Bunu Modern.az-a açıqlamasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Komitə sədri bildirib ki, dinləməyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən rəhbər şəxsləri də dəvət olunacaq:

 

"Yaz sessiyasında belə dinləmə keçirdik. Çox yaxşı effekti oldu. Payız sessiyasında da dinləmə keçirmək istəyirik ki, görək yaralılarımızın əlillik vəziyyəti necədir. Problemləri nədən ibarətdir. Nə qədər təminat olub. Bu, hazırda ən aktual məsələdir".

 

M.Quliyev qeyd edib ki, “Turizm haqqında” mövcud olan qanun layihəsi kiçikdir: "Yeni qanun layihəsi genişdir. Ola bilsin ki, bu ilin payız sessiyasında müzakirə edəcəyik".

 

 

"Xeyriyyəçilik fəaliyyəti haqqında" qanun layihəsi ilə bağlı deputat bildirib ki, adıçəkilən qanun layihəsi hələ hazırlanmayıb:

 

"İşçi Qrupunda baxılıb. Qanun layihəsinin hazırlanmasında müxtəlif ölkələrin, o cümlədən Heydər Əliyev Fondunun və "YAŞAT" Fondunun təcrübəsi öyrənilib. Bunlar əsasında bir qanun layihəsi hazırlanacaq. Payız sesssiyasında komitədə sözügedən layihənin hazırlanması üzrə iş davam etdiriləcək".

 

Qeyd edək ki, sabah (10 sentyabr) Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçiriləcək. İclasın gündəliyinə 5 məsələ daxil edilib.

 

Bunlar 2021-ci il yaz və növbədənkənar sessiyaları ərzində Əmək və sosial siyasət komitəsində görülən işlər barədə hesabat, komitənin 2021-ci il üçün payız sessiyası dövrünə dair iş planı haqqında, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dövlət başçısı XİN başçılarının ABŞ-dakı görüşündən DANIŞDI 28 Sentyabr 2021, 20:18 Prezident: “Azərbaycan xəritəsində “Dağlıq Qarabağ” adlı vahid yoxdur” 28 Sentyabr 2021, 20:03 “Biz münaqişənin həll olunduğunu hesab edirik” - Prezident 28 Sentyabr 2021, 20:00 Dövlət başçısı: “Bütün hərbi əsirlər Ermənistana qaytarılıb” 28 Sentyabr 2021, 19:58 İlham Əliyev: “Muxtariyyət artıq müzakirə mövzusu deyil” 28 Sentyabr 2021, 19:49 Prezident Fransa ilə münasibətlərdən DANIŞDI 28 Sentyabr 2021, 19:44 Mehmandarovların Şuşadakı malikanəsi təmir olunur 28 Sentyabr 2021, 19:40 İlham Əliyev “France 24” telekanalına müsahibə verib - YENİLƏNİB 28 Sentyabr 2021, 19:35 Suriyada terakt törədildi: Ölən və yaralananlar var 28 Sentyabr 2021, 19:28 Quterreş: “Nüvə təhlükəsinin səviyyəsi 40 ildə maksimuma çatıb” 28 Sentyabr 2021, 19:23 Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası oldu 28 Sentyabr 2021, 19:14 Vətən müharibəsinin tarixini təhrif edən direktor DANIŞDI 28 Sentyabr 2021, 19:00 Xudafərin-Qubadlı-Laçın yolunun inşası davam edir - FOTO 28 Sentyabr 2021, 18:52 Azərbaycan və Ermənistan arasında qarşılıqlı inam gücləndirilməlidir  - Baş katib 28 Sentyabr 2021, 18:46 İki ölkə arasında saziş imzalanacaq 28 Sentyabr 2021, 18:40 Goranboyun xurma bağlarında zərərvericilər tapıldı 28 Sentyabr 2021, 18:33 Ərdoğan Baydenlə görüşəcək 28 Sentyabr 2021, 18:26 CAREC Proqramının Gömrük Əməkdaşlığı Komitəsinin iclası keçirilib 28 Sentyabr 2021, 18:20 Rusiya daha 5 müəssisənin alma ixracına icazə verdi 28 Sentyabr 2021, 18:14 İlham Əliyev Paşinyanla görüşə ETİRAZ ETMƏDİ 28 Sentyabr 2021, 18:07 Bakı-Sumqayıt qatarlarının həftəsonu hərəkət CƏDVƏLİ 28 Sentyabr 2021, 18:00 Yaponiyada fövqəladə vəziyyət ləğv olunur 28 Sentyabr 2021, 17:54 Bakının Yasamal və Sabunçu rayonlarında evləri su basdı - VİDEO 28 Sentyabr 2021, 17:48 Ombudsmanın əməkdaşları Şəkidə uşaq evində olublar  28 Sentyabr 2021, 17:42 İrakli Qaribaşvilinin Bakı səfərindən gözləntilər... - Deputat ŞƏRH ETDİ 28 Sentyabr 2021, 17:36 3 kəndin qazlaşdırılması ilə bağlı tapşırıq verildi   28 Sentyabr 2021, 17:30 Rezidenturaya qəbulun II mərhələsinin NƏTİCƏLƏRİ 28 Sentyabr 2021, 17:26 Zakir Həsənov sülhməramlıların yeni komandanı ilə GÖRÜŞDÜ 28 Sentyabr 2021, 17:20 “Köfteci Ramiz” restoranı CƏRİMƏLƏNDİ 28 Sentyabr 2021, 17:15 Bakı Qarabağdakı ermənilərlə bağlı proqramını təqdim edir 28 Sentyabr 2021, 17:10 Müdafiə Nazirliyi Ermənistanın məlumatını təkzib etdi 28 Sentyabr 2021, 17:10 İqtisadi Şuranın səlahiyyətləri artırılıb 28 Sentyabr 2021, 17:05 Şeyxülislam din xadimlərini II Fəxri xiyabana apardı 28 Sentyabr 2021, 17:00 “ASAN Xidmət” işçilərinin say artırıldı 28 Sentyabr 2021, 16:55 Universitetdə Vətən müharibəsi qazilərilə GÖRÜŞ 28 Sentyabr 2021, 16:50
SORĞU Hansı vaksinə etibar edirsiniz?