Modern.az

YAP-dan Abutalıbov və Tağı Əhmədovla bağlı qərar - YENİLƏNİB

YAP-dan Abutalıbov və Tağı Əhmədovla bağlı qərar - YENİLƏNİB

Aktual

10 Sentyabr 2021, 15:45

Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının tərkibinə kooptasiya yolu ilə (seçkili orqanın öz heyətinə seçkisiz olaraq yeni üzv daxil etməsi) yeni üzvlər daxil edilib.

 

Modern.az-ın məlumatına görə, bu barədə qərar partiyanın İdarə Heyətinin bu gün keçirilən iclasında verilib.

 

İclasda, həmçinin Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatının və yerli təşkilatların əsasnamələri təsdiq edilib.

 

Bununla yanaşı, YAP üzvlərinin qeydiyyatı və hesabatlılıq sisteminin yaradılması üçün maliyyə vəsaitinin ayrılmasına razılıq verilib.

  

Məlumata görə, Hacıbala Abutalıbov, Şəmsəddin Xanbabayev və Tağı Əhmədov YAP Veteranlar Şurasına üzv qəbul olunublar.

 
 
Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var