Modern.az

Sinif yoldaşları: Məzunların hamısı iki universitetə qəbul oldu

Sinif yoldaşları: Məzunların hamısı iki universitetə qəbul oldu

14 Sentyabr 2021, 12:27

Gəncə şəhəri İ.Məmmədov adına 27 nömrəli məktəb-liseyin 11A sinfinin bütün məzunları ali məktəbə qəbul olub. Onlardan 7 nəfər 600-dən yuxarı, 6 nəfər isə 500-dən yuxarı bal toplayıb.

 

27 saylı məktəbin direktoru Kəmalə İsgəndərova şagirdlərin uğuru barədə Modern.az-a danışıb. O elə bir nəticənin gözlənilən olduğunu söyləyib.

 

“2017-ci ildən xüsusi istedadlılar sinfinə oxuyan şagirdlərimizin 90 faizi ali məktəbə qəbul olunub. Bu il 74 məzunumuzdan 64-ü ölkədə, 6-sı isə xarici universitetlərə qəbul olub. Bu, həm məktəb üçün, həm də biz müəllimlər üçün qürurlandırıcı hadisədir.

 

Bundan əlavə, 11 A sinfindəki 30 nəfərin hər biri eyni zamanda xarici universitetlərə də qəbul olub. Təhsil aldıqları müddətdə bilik yarışlarında, olimpiadalarda məktəbimizi layiqincə təmsil ediblər.  Bu sinfin belə nəticə göstərməsi gözlənilən idi, 9-cu sinifdə də 11 nəfər qırmızı şəhadətnamə almışdı. Buraxılış imtahanında Gəncə şəhəri üzrə ən yüksək nəticəni həmin sinfin şagirdi göstərib. İnanıram ki, uğurumuz daimi olacaq, hər bir müəllimə bu gözəl hissi yaşamağı arzulayıram”.

 

 

11 A sinfinin ali məktəbə qəbul olunan məzunlarının adlarını təqdim edirik:

 

  1. Əsədov İsmayıl Abbas oğlu - 674 bal UNEC
    2. Məmmədova Nəzrin Vüqar qızı - 673.5 bal Azərbaycan Tibb Universiteti
    3. Məmmədova Əfsanə Seymur qızı - 658,3 bal Azərbaycan Tibb Universiteti
    4. Bayramlı Ənvər Elçin oğlu - 658,9 bal Azərbaycan Tibb Univetsiteti
    5 Mehdizadə Əli Araz oğlu - 656,7 bal ADA
    6. Seyidli Azər Mehman oğlu - 637,5 bal BDU
    7. Musayeva Fidan Fuad qızı - 608,5 bal Azərbaycan Tibb Universiteti
    8. Nəbiyev Toğrul Fərqan oğlu - 583,9 bal ADA
    9. Cumalıyev Mahir Asəf oğlu - 528 bal ADNSU
    10. Həsənov Rüstəm Elxan oğlu - 516,6 bal Naxçıvan Dövlət Tibb Universiteti
    11. Quliyev Həmid Akif oğlu - 510 bal Polis Akademiyası
    12. Çobanova Ülkər Roman qızı - 506 bal BDU
    13. Əsgərova Nəzrin Eldəniz qızı - 500 bal BDU
    14. Mirzəliyeva Solmaz Teymur qızı - BDU
    15. Kazımov Əli Zaur - Azərbaycan Dillər Universiteti
    16. Qəribli Ərtoğrul Əli oğlu - UNEC
    17.Müzəffərli Həsən Elxan oğlu - UNEC
    18. Musayeva Dilşad Nəsib qızı - AZMİU
    19. Əliyev Rasim Natiq oğlu - GDU
    20. Bayramov Ayxan Samir oğlu - UNEC
    21. Əliyev Tofiq Lətif oğlu - ADNSU
    22. Cəfərova Günay Ceyhun qızı - ADAU
    23. Səfərov Sadiq Rüfət oğlu-ADNSU
    24. Zeynalov Fariz İlham oğlu - ADAU
    25. Əliyev Nəsir Elçin oğlu - ADNSU
    26. Edilxanov Toğrul Elxan oğlu - BDU
    27. Şamilova Elen Rəşad qızı - ADAU
    28. Məmmərov Cabbar Nadir oğlu - ADAU
    29. Qasimov Həsən Sabir oğlu - BDU
    30. Salmanzadə Suqra Nadir qızı - ADAU
    31. Haciyev Orxan Vasif - Polşa Respublikası Vistula Universiteti

 

Humay İsgəndərova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR! Sülhməramlılar Xocalıdakı bazalarından belə çıxır