Arxiv
14 Sentyabr 2021, 21:18 | AKTUAL
Hərbi rəhbərlərin təlim toplantısı başa çatdı - FOTOLAR

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən toplantının gedişində hərbi rəhbərlər yeni hərbi geyim dəstləri ilə təmin ediliblər.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, toplantının planına əsasən əvvəlcə hərbi rəhbərlərə geyim dəstləri təqdim edilib və sıra baxışı keçirilib.

 

Toplantı zamanı əsas diqqət “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin tədris keyfiyyətinin yüksəldilməsinə, hərbi rəhbərlərin pedaqoji və hərbi biliklərinin, peşəkarlıqlarının və metodiki ustalıqlarının artırılmasına yönəldilib.

 

Vətən müharibəsi iştirakçılarının da cəlb edildiyi dərslər zamanı bildirilib ki, Azərbaycan Respublikasının müdafiəsi üçün orduya çağırılacaq hər bir gənc hərbi xidmətin hər bir vətəndaşın müqəddəs borcu olduğunu dərindən dərk etməlidir. Şagirdlərin hərbi andın və nizamnamələrin tələblərini, gənc əsgərin hazırlığı həcmində hərbi nəzəri bilikləri və praktiki vərdişləri, mülki müdafiənin əsaslarını, kütləvi qırğın silahlarından müdafiə olunma üsullarını mükəmməl mənimsəməsi hərbi rəhbərlərin peşəkarlığından, metodiki ustalığından və təcrübəsindən asılıdır.

 

Nəzəri dərslərdən sonra hərbi vətənpərvərlik mövzusunda sənədli tədris filmləri nümayiş etdirilib.

 

Toplantı zamanı sıra hazırlığı yoxlanılan hərbi rəhbərlərdən kütləvi qırğın silahlarından mühafizə vasitələrinin və müxtəlif təyinatlı silahların istifadə qaydaları, eləcə də yaralılara tibbi yardımın göstərilməsi üzrə normativlər qəbul edilib.

 

Əlahiddə Ümumqoşun Ordunun, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən 3 günlük təlim toplantısı yekun tədbiri ilə başa çatıb. Tədbirdə qeyd olunub ki, məktəblərimizdə 44 günlük Vətən müharibəsində şücaətləri ilə tarix yazan hərbçilərimizin döyüş yolunu öyrənən vətənpərvər gəncliyin yetişməsinin nəticəsidir ki, hərbi təhsilə maraq daha da artıb. Bu tədris ilində Naxçıvan Muxtar Respublikasında IX sinfi bitirən şagirdlərdən 156-sı Heydər Əliyev adına Hərbi Liseyə, XI sinfi bitirən məzunlardan 30-u xüsusi təyinatlı ali məktəblərə qəbul olub. Göründüyü kimi gələcəyin əsgərləri olacaq şagirdlərdə hərb sənətinə maraq yaratmaq və gəncləri hərbi xidmətə hazırlamaq üçün muxtar respublikanın bütün tam orta məktəblərində hərtərəfli şərait yaradılıb.

 

Sonda hərbi rəhbərləri maraqlandıran suallar cavablandırılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Niderlanddan Ağdama: 28 il sonra Vətənə dönüş - VİDEO 28 Oktyabr 2021, 18:01 “Zəngəzur dəhlizinin açılması ilə bağlı siyasi qərar olmalıdır” - VİDEO 28 Oktyabr 2021, 17:55 Dilçilik İnstitutuna yeni direktor təyin olundu 28 Oktyabr 2021, 17:54 Ermənistan hərbçilərinin yaralanmasını TƏSDİQLƏDİ 28 Oktyabr 2021, 17:48 Bu gün peyvənd olunanlar 28 Oktyabr 2021, 17:42 Yoluxma kəskin artdı 28 Oktyabr 2021, 17:36 Bakıda avtobusun şüşələri adam sıxlığından sınıb? - Rəsmi cavab 28 Oktyabr 2021, 17:30 "Azəriqaz" Siyəzəndə sahibkarlarla 28 Oktyabr 2021, 17:25 “Azərbaycanın tarixi zəfəri” - Videokonfrans 28 Oktyabr 2021, 17:20 Amerikalı dindarlar Ağdam və Şuşada 28 Oktyabr 2021, 17:16 Universitetin 10 qrupunda əyani dərslər DAYANDIRILDI 28 Oktyabr 2021, 17:10 Texniki baxış mərkəzlərində YENİLİK 28 Oktyabr 2021, 17:05 Komitədən İraqdan gətirilən uşaqlarla bağlı MƏLUMAT 28 Oktyabr 2021, 17:00 Bərdə bombardmanı: faciə qurbanlarının yaxınları o günü belə XATIRLAYIR - FOTOLAR 28 Oktyabr 2021, 16:56 Boksçumuz 1/8 finalda 28 Oktyabr 2021, 16:52 İki məhkəmə sədri Şuraya üzv seçildi 28 Oktyabr 2021, 16:47 Suriyada 6 azərbaycanlı ÖLDÜRÜLDÜ 28 Oktyabr 2021, 16:41 Hava yenidən pisləşəcək - Yağış, leysan, qar gəlir 28 Oktyabr 2021, 16:35 "Barselona" müvəqqəti məşqçi təyin etdi 28 Oktyabr 2021, 16:30 Türkiyə ilə Çin arasında söz savaşı YAŞANDI 28 Oktyabr 2021, 16:24 Mənzildə kişi meyiti tapıldı 28 Oktyabr 2021, 16:20 Sənaya təcavüzdə təqsirləndirilən şəxsin şikayəti rədd edildi 28 Oktyabr 2021, 16:15 Bu lisey koronavirusa görə BAĞLANDI 28 Oktyabr 2021, 16:09 Ötən ay pensiya ALANLAR 28 Oktyabr 2021, 16:04 Qazilərin “polis bizi döydü” ittihamına DİN-dən REAKSİYA 28 Oktyabr 2021, 16:00 UNEC-də beynəlxalq konfrans 28 Oktyabr 2021, 15:58 Deputatlarımız yenidən MDB PA-da vəzifəyə seçildilər 28 Oktyabr 2021, 15:52 Türkiyə Suriyada 2 hərbi əməliyyat HAZIRLAYIR 28 Oktyabr 2021, 15:46 Şəhidin adına profil açıb pul qazananlar TUTULDU 28 Oktyabr 2021, 15:41 Bu tarix birlikdə yazılır! 28 Oktyabr 2021, 15:35 “Nar”dan qazi müəllimlərlə bağlı KİTAB 28 Oktyabr 2021, 15:30 AccessBank-dan qadın sahibkarlara dəstək 28 Oktyabr 2021, 15:26 Bu şəxslər 4-cü doza vaksin vurdura bilər - RƏSMİ 28 Oktyabr 2021, 15:22 Nə kişi, nə də qadın olmayan şəxsə pasport verildi - FOTO 28 Oktyabr 2021, 15:18 Hafiz Hacıyev SAĞALIR 28 Oktyabr 2021, 15:14