Modern.az

“Şəhidlərimizi dərin hörmətlə anırıq” - Ceyhun Bayramov

“Şəhidlərimizi dərin hörmətlə anırıq” - Ceyhun Bayramov

Aktual

15 Sentyabr 2021, 11:50

Xarici işlər naziri Ceyhun Bayramov 15 sentyabr 1918-ci ildə Bakının işğaldan azad edilməsi ilə bağlı “twitter” səhifəsində paylaşım edib.

 

Modern.az-ın məlumatına görə, nazir qeyd edib ki, 15 sentyabr 1918-ci ildə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsi Azərbaycan və Türkiyənin tarixə dayanan qardaşlığını, birliyini, çətin gündə dəstəyini əks etdirən özəl bir gündür:

 

"Şəhidlərimizi dərin hörmətlə anırıq!"

 

Qeyd edək ki, bu gün Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 103 il ötür. 1918-ci ilin məhz bu tarixində tərkibində Azərbaycan Korpusu da olan Qafqaz İslam Ordusu Bakıya daxil olaraq şəhəri bolşevik-daşnak qüvvələrinin işğalından azad edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır