Modern.az

“Ermənistan sülh mesajına cavab vermədi” - Hulusi Akar

“Ermənistan sülh mesajına cavab vermədi” - Hulusi Akar

15 Sentyabr 2021, 14:10

Birgə Mərkəzdə Türkiyə və Rusiyanın hərbçiləri birlikdə xidmət aparır, atəşkəsə nəzarət edir və atəşkəsin davamlı olması üçün birgə səy göstərir.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”ndə çıxışı zamanı deyib.

 

H.Akar bildirib ki, işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsinə də köməklik göstərilir:

 

“Bütün təhdidlərə qarşı işbirliyimizi ortaya qoyuruq. Bununla məqsədimiz bölgədə sabitliyi təmin etməkdir. Təəssüf ki, Ermənistana qarşı sülh mesajı olsa da, hələ Ermənistan buna qarşılıq verməyib”.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü