Modern.az

Ağstafada 18 yaşlı gənc bıçaqlandı

Ağstafada 18 yaşlı gənc bıçaqlandı

15 Sentyabr 2021, 15:00

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Xılxına kəndində qeydə alınıb.

 

Belə ki, kənd sakini, 2003-cü il təvəllüdlü Fərrux Qasımovla onun tanışı, 2005-ci il təvəllüdlü A.Məmmədovun arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib. A. Məmmədov F. Qasımova bir neçə bıçaq zərbəsi vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisəni törədən 16 yaşlı gənc polis tərəfindən saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır