Modern.az

17 minə yaxın saxta əlillik ləğv edilib - RƏSMİ

17 minə yaxın saxta əlillik ləğv edilib - RƏSMİ

Aktual

16 Sentyabr 2021, 11:29

“Əlillik təyinatı prosesi vətəndaş-ekspert təması olmadan, elektron infrastruktur üzərindən tam şəffaf həyata keçirilib. Bu ilin 8 ayında 35 minə yaxın şəxsə əlillik təyin edilib”.

 

Modern.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov deyib:

 

“Bu ilin 8 ayında 35 minə yaxın şəxsə əlillik təyin olunub, o cümlədən 11 min şəxsə ilkin, digərlərinə təkrar əlillik təyinatı aparılıb”.

 

A.Bayramov, həmçinin qeyd edib ki, son 3 ildə 17 minə yaxın saxta əlillik müəyyən olunaraq qarşısı alınıb.

 

Fidan İlqar

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü