Modern.az

“Bu, ləyaqətsizlik və əxlaqsızlıqdır” - Siyavuş Novruzov niyə hirsləndi?..

“Bu, ləyaqətsizlik və əxlaqsızlıqdır” - Siyavuş Novruzov niyə hirsləndi?..

Parlament

16 Sentyabr 2021, 16:35

“Təəssüf hissi və hiddətlə bildirirəm ki, sosial şəbəkələrdəki bəzi səhifələrdə mənim adımdan həqiqətə uyğun olmayan - reallığı əks etdirməyən sözlər yayılır”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov benzin və çörəyin bahalaşması ilə bağlı onun adından tirajlanan məlumatlara münasibət bildirərkən deyib.


S.Novruzov məsələ ilə bağlı hansısa jurnalistə açıqlama vermədiyini vurğulayıb:


“İddia olunur ki, guya mən benzin və çörək barədə hər hansı ifadələr səsləndirmişəm. Qətiyyətlə bildirirəm ki, heç bir jurnalist mənə bu barədə sual ünvanlamayıb və təbii ki, mən heç bir fikir bildirməmişəm.

Dezinformasiya yaymaqla populyarlıq qazanmağa çalışan həmin sosial şəbəkə səhifələrinin bu cür ikrah doğuran hərəkətləri məsuliyyətsizlik, ləyaqətsizlik və əxlaqsızlıqdır”.

 

Deputat xoşagəlməz halla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini qeyd edib:

“Bu, eyni zamanda, hüquqi məsuliyyət doğurur. Bundan əvvəl etdiyim xəbərdarlığa məhəl qoyulmamasını nəzərə alaraq, birmənalı şəkildə bildirirəm ki, məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edəcəm. Bu cür çirkin metodlardan və ucuz vasitələrdən istifadə edənlər öz əxlaqsız əməllərinə görə qanun qarşısında cavab verəcəklər”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər