Modern.az

AŞ PA Ermənistanı bütün mina xəritələrini Azərbaycana verməyə çağırıb

AŞ PA Ermənistanı bütün mina xəritələrini Azərbaycana verməyə çağırıb

Aktual

16 Sentyabr 2021, 18:06

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Miqrasiya məsələləri üzrə komitəsi Ermənistanı Azərbaycanın əvvəl işğal altında olmuş ərazilərində quraşdırılan bütün minaların xəritələrini verməyə çağırıb.

 

Modern.az bu barədə AŞ PA-ya istinadən məlumat verir.

 

Komitə İkinci Qarabağ müharibəsindən sonra qısa və uzunmüddətli perspektivdə humanitar fəsadların aradan qaldırılması üçün tərəflərə tövsiyələr hazırlayıb.

 

Eyni zamanda, komitə noyabrda atəşin dayandırılmasından sonra 159 azərbaycanlının minaya düşməsi nəticəsində ölməsi və ya yaralanması ilə bağlı təəssüfləndiyini ifadə edib və Ermənistanı dərhal əlində olan mina xəritələrini təhvil verməyə çağırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi