Modern.az

“TurAz Şahini - 2021\" təlimlərində iştirak edən hərbçilərimizin bir qrupu Vətənə qayıdıb

“TurAz Şahini - 2021\

18 Sentyabr 2021, 16:20

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb.

 

Müdafiə Nazirliyindən Modern.az bildirilib ki, sentyabrın 1-dən 17-dək Türkiyə Respublikasının Konya şəhərində keçirilən birgə taktiki-uçuş təlimində qarşıya qoyulan bütün döyüş tapşırıqları hər iki ölkənin hərbi pilotları tərəfindən uğurla icra olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir