“Tanınmış jurnalist Elnur Əşrəfoğlunun 4 gündür ECMO dəstəyi davam edir”.
Bu barədə “Yeni Klinika”dan Modern.az-a verilən məlumatda bildirilib.
Qeyd edilib ki, xəstənin vəziyyəti ağır olaraq qalır.:
“Təəsüf ki, ciddi irəliləyiş yoxdu. İntensiv müalicə davam edir”.
Qeyd edək ki, bir neçə gün əvvəl koronavirusa yoluxaraq, xəstəxanaya yerləşdirilən jurnalistin ağciyər göstəricilərində müsbətə doğru dəyişikliklər olmadığı üçün ECMO-ya qoşulub.