Arxiv
23 Sentyabr 2021, 14:02 | ƏDƏBİYYAT
70 yaşlı Akif Cabbarlı inciməsin neyləsin?

Mahir Qabiloğlu

Çox kövrək adamdır Akif Cabbarlı. Onun yetirməsi, Əməkdar jurnalist, mayor Füzuli İsmayılovun təbirincə desək, Cabbarovun inciyən yeri burnunun ucundadır. Amma bu dəfəki incimək, o inciməkdən deyil. Onun yerində başqası olsaydı, çoxdan silmişdi 25 ildir tanıdığı Mahiri yaddaş kitabçasından. O cümlədən digər bəzilərini də... Kimdir Mahir və digər bəziləri? Öz adımı yazmışam. Amma digərlərinin adını yazmaq istəməzdim. Yəqin ki, yazımı oxuyub söz verdikləri yubiley qonaqlıqları yadlarına düşəcək. Çünki mən də Bakıdayam (onu düz səbəb gətiriblər ki,  mənsiz o qonaqlığın nə ləzzəti), həm də Məhərrəmlik ayı başa çatıb. Axı Akif Cabbarlı, İ.P., F.İ. qatı şiədirlər. Amma bütün dediklərimi birləşdirən bircə incə məqam var. Şair Qabilin diliylə desək:

 

İnci incə adamdan,

Ürəyincə adamdan.

Məhəbbətdir küsü də

Küsmə becə adamdan.

 

Baxmayaraq ki, Akif Cabbarlı heç kimdən küsməyib. 70 yaşlı adamın isə inciməyi yüz küsüyə bərabərdir. Özünə yaxın, doğma saydığı dost Mahir – Mahir Qabiloğlu təxəllüslü qələm sahibi əlinə qələm alıb onun haqqında kiçik bir təbrik yazısı yazmırsa, Akif Cabbarlı inciməsin neyləsin? Axı qazandığı yalnız bizim kimi dostlardır. O, yaxşı bilir ki, 70 yaş böyük bir mərhələnin sonudur. Geriyə boylanmaq məqamıdır. Dostlardan başqa nə qazanıb ki, Akif Cabbarlı? Bu suallar burulğanında çarpışır. Özü-özüylə danışır, vuruşur. “O boyda AzTV-də “Xəbərlər”də baş redaktor olmuşam. Bir qəpiy də almamışam”; “70 ilin 48 ilini jurnalistika sahəsindəyəm, mənim stajım yaşından kiçik uşaqlar Əməkdar jurnalistdirlər, mən isə...”; “Bəxtiyar Vahabzadənin poeziyasının diliylə danışsaq – ay Mahir, bu boyda münasibətimiz bir yazıya dəymədi?”.

Bu siyahını artırmaq, üstəlik “Mahir” xitabının yanına digər adları da əlavə etmək olar. Amma yubiley yazısıdır. Müsbət notlar tam hakim olmalıdır təbrikimin cövhərinə.

 

Atamın bir sözü vardı: 50 yaşacan gərək 10 ildən bir yubiley keçirəsən. 50 yaşdan 70 yaşa qədər isə hər 5 ildən bir. 70 yaşdan 80 yaşacan isə hər il. Çünki yaşın qazandırdığı sağlamlıq axsımaqlarıyla yaşanılan hər il qiymətli sayılır. 80 yaşdan sonra isə hər günü gərək qeyd edəsən. Çünki yaşanılan hər gün qənimətdir. Bu mənim bəzilərinin “Akifin yaşı yayda olub, sən isə bu yazını payızın ilk günündə qələmə alırsan. Toydan sonra nağara?” replikasına bir cavabımdır. Həm də ruslar gözəl deyib: “Luçşe pozdno, çem nikoqda”. Həm də ki, bundan sonra Qabilin öncəgörənliyinə inansaq, yubileylər ilbəil, dalbadal düzüləcək. Axı Akif Cabbarlı 70-i haqlayıb. 2021-ci il isə başa çatmayıb.

 

70 yaş münasibətilə Akif Cabbarlı kitab da buraxıb. Onu oxuyandan sonra münasibət bildirməsəm Mahir olmaram. Çünki əminəm – tənqid olunacaq məqamlar da var bu kitabda. Yaxşılıq deyil ha əlimdən gəlməsin.

 

Amma tənqid etmərəm. Çünki o kitabda Akifin “Sahibsiz və çarəsiz itlərin gecə söhbəti” adlı hekayəsi var. Bu hekayə müasir dövrümüzün güzgüsüdür: Bəlkə hürsəm mənə də ilikli sümük atdılar. Müasir, mədəni dildə desək “Ağlamayan uşağa süd vermirlər”, “Qapı döymək lazımdır. Açmırlarsa pəncərədən gir”, “Yaltaqlıqla uzağa getmək olar”, “Naxallıq ikinci xoşbəxtlikdir” və sairə. Bu reallıqdır. Amma elə də olur ki, itin hürməyinə sümük yox, daş tolamazlayırlar, təpik vururlar, “poşol” deyirlər. Bax Akifin bu hekayəsi o talesiz itlər barədədir. Baxmayaraq ki, insanın taleyi olar, heyvanın yox. Amma talesizlik özü də bir taledir. Akifin yaratdığı it isə alleqorik bir surət.

 


Bu illər ərzində Akif çox yerlərdə çalışıb. O vaxt yeganə olan televiziyamızda “Xəbərlər”in baş redaktoru, Azərbaycan radiosunda baş redaktor müavini, “Həftə” analitik-siyasi proqramın rəhbəri, Ədliyyə Nazirliyində mətbuat katibi, Milli Məclisin orqanı olan “Azərbaycan” qəzetində, İTV-də əməkdaş... Bu gün də çalışır. Jurnalistika onun həyatının mənasıdır. İndi Kinematoqrafçılar İttifaqında işləyir. Modern.az və digər mətbu orqanlarda yazılarla çıxış edir.  Dostlarını tez-tez arıyır, hal-əhvalını xəbər alır. “Bir vaxt tapın oturaq” ifadəsi dilinin əzbəridir – qarşılıq verən isə... Bu ifadənin isə bir açması var: Akif Cabbarlı dost sevəndir, mehriban insandır, heç kimi də yadından çıxartmır.

 

1996-cı ildən tanıyıram onu. AzTV-yə qədəm basdığım gündən. 15 yaş fərqimiz olmasına baxmayaraq, bunu heç vaxt hiss etməmişəm. Böyüklə böyük, kiçiklə kiçik olub. Daha doğrusu heç bilməmişəm ki, məndən 15 yaş böyükdür. 70 yaşında faş oldu bu fərq. O boyda AzTV-də və jurnalistlər cəmahiriyyəsində bir adam da tapılmaz ki, onun haqqında pis söz danışmaq bir yana, xırda giley-güzar etsin.

 

Elə ki, kiminsə yaşı, yubileyi oldu, lap balaca kitabçası çıxdı, hayqırır bütün respublikaya yazdığı ürək sözləriylə. Ay camaat, agah olun, dostumun kitabı çıxıb. Mən oxudum, siz də oxuyun. Ay camaat, dostumun yubileyidir. Mən təbrik etdim, siz də edin. Ay camaat, dostum, qələm yoldaşım, iş yoldaşım ölüb. Siz də dərdimə şərik olun. Akif Cabbarlının cövhəri budur, mayası belə yoğrulub. Başqa xüsusiyyətlərini, kişiyə xas şakərlərini, zarafatlarımızı, üç fazalı elektrik xəttinə klassik bənzətməsini, oğlunun toy günündə səhər-səhər baş verən mübahisəmizi, bir sözlə AzTV-dəki sərgüzəştlərimizi yazmayacağam. Cobi hələ ki, qadağa qoyub mənə. Yubiley yazımın, təbrikimin də gecikməyinə məhz əsas səbəb bu oldu.

 

Gözləyirəm. Gözləyirəm ki, onu Əməkdar jurnalist fəxri adı almağı münasibətilə təbrik edim. Buna haqqı çatır. Bu günlərdə Şuşada Vaqifin məqbərəsinin yenidən açılması mərasimində Akif Cabbarlını Prezident İlham Əliyevin yanında görəndə fikirləşdim. Akif Cabbarlı bu ada layiqdir. Axı o, Ümummilli lider Heydər Əliyevi 1-ci katib olanda görüb, Prezident İlham Əliyevi isə hələ o vaxt Vaqif məqbərəsinin açılışında. İndi də görür. Dövlətimizin uğurlarına sevinir, qələmiylə bu yolda əməli iş görür.  Neçə publisistik, bədii yazının toplandığı kitabların müəllifidir. Prezidentin ali sosial mükafatına layiq görülüb. Jurnalistlərin binasından ona da mənzil payı düşüb.

 

Bu qədər. Bir kiçik yubiley yazısında yazacaqlarım bu qədər. Bir insanın 70 illik həyat yolunu, yaradıcılığını bir yazıya sığışdırmaq mümkün deyil. Buna heç çalışmadım da... Axı 70-dən sonra hər il yubiley keçirəcək Akif Cabbarlı. Əgər atam Qabilin dediyinə inansaq.

 

TƏBRİKLƏR, TƏBRİKLƏR, BİR DƏ TƏBRİKLƏR!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Taliban" Moskvada iqtisadi və siyasi dəstək istəyəcək 20 Oktyabr 2021, 00:55 Sabirabadda ev yandı 20 Oktyabr 2021, 00:23 Sabiq konsul Elnur Əşrəfoğludan YAZDI 20 Oktyabr 2021, 00:23 XİN-dən Zəngilanla bağlı PAYLAŞIM 20 Oktyabr 2021, 00:19 Zəngilanın işğaldan azad edilməsindən 1 İL ÖTÜR 20 Oktyabr 2021, 00:06 Türkiyədə daha 223 nəfər COVID-in qurbanı oldu 19 Oktyabr 2021, 23:53 Paşinyan Qarabağ məsələsindən yaxa qurtarmaq istəyir - TƏHLİL 19 Oktyabr 2021, 23:31 Bir ailə göbələkdən zəhərləndi: Ölən var 19 Oktyabr 2021, 23:29 Münhen aeroportunda 1,2 ton narkotik müsadirə edildi 19 Oktyabr 2021, 23:00 Koronavirusdan vəfat edən Elnur Əşrəfoğlu kim idi? - DOSYE 19 Oktyabr 2021, 22:52 Afrikada güc mübarizəsi: Türkiyənin mövqeyi 19 Oktyabr 2021, 22:35 Fuad Qəhrəmanlının qızına təcavüzdə ittiham edilən şəxs saxlanılıb 19 Oktyabr 2021, 22:14 ABŞ-da təyyarə qəzası: Yaralılar var 19 Oktyabr 2021, 21:50 Konqoda yük maşını çaya düşdü: 50 ölü 19 Oktyabr 2021, 21:35 BMT KXDR-in raket sınağından narahatdır 19 Oktyabr 2021, 21:21 NATO rəsmisi Gürcüstanın vasitəçilik rolundan danışdı 19 Oktyabr 2021, 20:56 Telman İsmayılovla bağlı materiallar Monteneqroya verildi 19 Oktyabr 2021, 20:51 28 may qeyri-iş, 18 oktyabr iş günü olacaq 19 Oktyabr 2021, 20:34 “Xiaomi” elektromobillərin kütləvi istehsalına başlayır 19 Oktyabr 2021, 20:20 Türk Şurasından Afrika ölkələrinə peyvənd YARDIMI 19 Oktyabr 2021, 19:50 Nazir beynəlxalq konfransda Zəngəzur dəhlizindən danışdı 19 Oktyabr 2021, 19:42 Gülağa Aslanlının ürəyinə stent qoyuldu 19 Oktyabr 2021, 19:33 Azərbaycan daha 5 hərbçini Ermənistana QAYTARDI 19 Oktyabr 2021, 19:28 Elnur Əşrəfoğlu VƏFAT ETDİ 19 Oktyabr 2021, 19:11 Prezident Xorvatiyanın xarici işlər nazirini qəbul etdi 19 Oktyabr 2021, 19:06 Erməniləri təşvişə salan hərbi hissə - VİDEO 19 Oktyabr 2021, 19:00 Daha bir məktəb distant tədrisə keçdi 19 Oktyabr 2021, 18:56 İlham Əliyev Ərdoğana başsağlığı verdi 19 Oktyabr 2021, 18:50 Koronavirusun yeni ştammı aşkarlandı 19 Oktyabr 2021, 18:43 Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir 19 Oktyabr 2021, 18:36 Universitetdə “Özbək dili günü” - FOTOLAR 19 Oktyabr 2021, 18:30 Prokurorluq həkimlə bağlı araşdırmalara BAŞLADI 19 Oktyabr 2021, 18:23 Dolların məzənnəsi sabit qaldı 19 Oktyabr 2021, 18:16 Azyaşlı sığınacağa yerləşdirildi - SƏBƏB  19 Oktyabr 2021, 18:10 Əli Əsədov slovakiyalı nazirlə GÖRÜŞDÜ 19 Oktyabr 2021, 18:05