Modern.az

Daha bir ölkədə vulkan püskürdü

Daha bir ölkədə vulkan püskürdü

Dünya

24 Sentyabr 2021, 00:50

Qvatemalanın mərkəzində yerləşən Fueqo vulkanı püskürüb.

 

Modern.az xəbər verir ki, bu barədə Fransanın "Rfi" agentliyi yerli rəsmilərə istinadən yazıb.

 

Əhali arasında itkilər barədə məlumat verilməyib. Vulkanın yaxınlığındakı bölgələrdən əhali hələki təxliyə edilməyib.

 

Rəsmilər püskürmə nəticəsində paytaxt Qvatemala şəhərindən təxminən 35 kilometr cənub-qərbdə yerləşən vulkanın dibindən başlayan lava axınının meydana gəldiyini bildirib.

 

Hündürlüyü 3,7 kilometr olan Fueqo Qvatemaladakı üç aktiv vulkandan biridir.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi