Modern.az

Keçmiş müdafiə naziri vəfat etdi

Keçmiş müdafiə naziri vəfat etdi

Dünya

26 İyun 2026, 16:40

Rusiyanın sabiq müdafiə naziri Sergey İvanov 73 yaşında vəfat edib.

Modern.az xəbər verir ki, bu məlumatı S.İvanovun fəxri prezidenti olduğu "VTB Birləşmiş Liqası" təşkilatı açıqlayıb.

Qeyd edək ki, o, 2001-2007-ci illərdə Rusiyanın Müdafiə Nazirliyinin rəhbəri postunu tutub. Bu vəzifədən getdikdən sonra 2007-11-ci illər ərzində Rusiya hökuməti sədrinin birinci müavini və müavini kimi çalışıb. Daha sonra Prezident Administrasiyasına keçərək, 2011-16-cı illərdə bu quruma rəhbərlik edib. 2016-cı ildən 2026-cı ilə qədər Rusiya Federasiyası Prezidentinin təbiəti mühafizə, ekologiya və nəqliyyat məsələləri üzrə xüsusi nümayəndəsi olub.

Fevralın 4-də Sergey İvanov tutduğu vəzifədən istefa verib. Prezidentin mətbuat katibi Dmitri Peskovun açıqlamasına görə, İvanov öz istəyi ilə vəzifəsindən getmək qərarına gəlib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK video yayıldı! İran Xudafərini nişan aldı - Sensasion iddia