Arxiv
24 Sentyabr 2021, 11:22 | AKTUAL
İxtisaslı işçilərin sayı çox azdır - Nazir

“Azərbaycan sosial dövlətdir və Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətini vətəndaş rifahının təminatı təşkil edir. Təkcə son üç ildə fərman, sərəncam, qanun və s. ibarət olmaqla qəbul edilən 900-dən çox normativ-hüquqi akt məhz sosial rifahın yaxşılaşdırılmasına yönələn sənədlər olub. Sosial rifah siyasətinin əsas tərkib hissəsi isə məşğulluqla, əmək bazarı ilə bağlıdır.”

 

Modern.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Post COVID-19 və 4-cü Sənaye İnqilabı perspektivlərindən təhsilin dizaynı” adlı Beynəlxalq Konfransda çıxışında bildirib.

 

Nazir 4-cü Sənaye İnqilabı, rəqəmsal transformasiya şəraitində əmək bazarında yeni çağırışların ortaya çıxdığını deyib. Qeyd edib ki, məşğulluğun təbiətində, peşə və ixtisaslara olan tələblərdə ciddi dəyişikliklər baş verir. COVID-19 dövrü distant, virtual işə tələbatın artdığını göstərdi. Araşdırmalara əsasən, yaxın 10 ildə dünyada mövcud olan peşələrin təqribən 15 faizinə tələbat kəskin azalacaq və yeni peşələrə ciddi ehtiyac yaranacaq.

 

S.Babayev rəqəmsal tarnsformasiyanı həyata keçirəcək mütəxəssislərə ehtiyacın artdığını, bu mütəxəssislərin də ali təhsil ocaqlarında, müxtəlif fəaliyyət sahələri üzrə qurumlarda, birgə səylər nəticəsində formalaşmaqda olduğunu qeyd edib. O, öz ixtisas sahəsi üzrə işləyənlərin, ümumən məşğul əhali tərkibində ixtisaslı işçi qüvvəsinin az olduğunu deyib. Əmək bazarında peşələrə olan tələblərin dəyişməsinə uyğun şəkildə işçi qüvvəsinin rəqabət qabiliyyətinin, kvalifikasiyasının artırılmasının prioritetlərdən olduğunu diqqətə çatdırıb.

 

Sosial sahədə xidmətlərin rəqəmsalllaşdırılması istiqamətində atılan addımları qeyd edən nazir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 170 xidmətindən artıq 103-nün elektronlaşdıldığını, onların da böyük əksəriyyətinin proaktiv qaydada həyata keçirildiyini deyib. Növbəti 6 aylıq proqram əsasında Nazirliyin daha 50 xidmətinin elektronlaşdırılacağını, bununla Nazilrik üzrə xidmətlərin elektronlaşma səviyyəsinin 90 faizə çatacağını qeyd edib. Son üç ildə özünüməşğulluq proqramı çərçivəsində 27 min ailəyə kiçik təsərrüfatlarını qurmaq üçün mal və materiallar formasında dəstək verildiyini deyən S.Babayev bu işlərin daha da genişləndirilməkdə olduğunu bildirib.

 

Nazir hazırda məşğul əhalinin 36 faizinin kənd təsərrüfatı sahələrində çalışdığını qeyd edib. İşəgötürənlərin 3,3 faizinin, muzdla çalışan işçilərin isə 2,8 faizinin həmin sahələrə aid olduğunu, kənd təsərrüfatı sahələri üzrə muzdla çalışanların çəkisinin, formal məşğulluq səviyyəsinin azlığını, bu iqtiqamətdə də artıma nail olunmasının vacibliyini vurğulayıb. Rəqəmsallaşma proseslərinə baxmayaraq, bir çox ənənəvi peşə sahələrinin aktual olaraq qalmaqda olduğunu, bu sahələr üzrə də bilik və bacarıqların artırılmasının önəmini qeyd edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bayden İtaliyaya gedir 28 Oktyabr 2021, 20:37 Universitet müəllimi vəfat etdi 28 Oktyabr 2021, 20:36 Avropada qazın qiyməti 900 dollardan aşağı DÜŞDÜ 28 Oktyabr 2021, 20:18 Paşinyan rusiyalı generalla regionu müzakirə etdi 28 Oktyabr 2021, 19:51 Ceyhun Bayramov İƏT rəsmisi ilə görüşdü 28 Oktyabr 2021, 19:31 Ronaldu 5-ci dəfə ata olur 28 Oktyabr 2021, 19:20 Türkiyə ilə birgə texnopark yaradılması müzakirə olundu 28 Oktyabr 2021, 19:16 Baş nazirdən Türkiyənin Vitse-prezidentinə MƏKTUB 28 Oktyabr 2021, 18:54 Əli Əsədovla Alparlsan Çakar bank sektorunu müzakirə etdi 28 Oktyabr 2021, 18:49 AMEA-nın 4 İnstitutuna baş direktor seçildi 28 Oktyabr 2021, 18:36 Moskvadan dəhliz AÇIQLAMASI: “Razılaşmaya sadiq qalmalıyıq” 28 Oktyabr 2021, 18:29 Ukrayna paytaxtı qapanmaya gedir 28 Oktyabr 2021, 18:18 Qazlaşdırılmayan yaşayış məntəqələrinin SAYI 28 Oktyabr 2021, 18:10 Niderlanddan Ağdama: 28 il sonra Vətənə dönüş - VİDEO 28 Oktyabr 2021, 18:01 “Zəngəzur dəhlizilə bağlı siyasi qərar olmalıdır” - VİDEO 28 Oktyabr 2021, 17:55 Dilçilik İnstitutunda yeni direktor TƏYİNATI 28 Oktyabr 2021, 17:54 Ermənistan hərbçilərinin yaralanmasını TƏSDİQLƏDİ 28 Oktyabr 2021, 17:48 Bu gün peyvənd olunanlar 28 Oktyabr 2021, 17:42 Yoluxma kəskin ARTDI 28 Oktyabr 2021, 17:36 Avtobusun şüşələri sıxlıqdan sınıb? - Rəsmi cavab 28 Oktyabr 2021, 17:30 "Azəriqaz" rəsmiləri Siyəzəndə 28 Oktyabr 2021, 17:25 “Azərbaycanın tarixi zəfəri” - Videokonfrans 28 Oktyabr 2021, 17:20 Amerikalı dindarlar Ağdam və Şuşada 28 Oktyabr 2021, 17:16 Universitetin 10 qrupunda əyani dərslər DAYANDIRILDI 28 Oktyabr 2021, 17:10 Texniki baxış mərkəzlərində YENİLİK 28 Oktyabr 2021, 17:05 Komitədən İraqdan gətirilən uşaqlarla bağlı MƏLUMAT 28 Oktyabr 2021, 17:00 Bərdə bombardmanı: faciə qurbanlarının yaxınları o günü belə XATIRLAYIR - FOTOLAR 28 Oktyabr 2021, 16:56 Boksçumuz 1/8 finalda 28 Oktyabr 2021, 16:52 İki məhkəmə sədri Şuraya üzv seçildi 28 Oktyabr 2021, 16:47 Suriyada 6 azərbaycanlı ÖLDÜRÜLDÜ 28 Oktyabr 2021, 16:41 Hava yenidən pisləşəcək - Yağış, leysan, qar gəlir 28 Oktyabr 2021, 16:35 "Barselona"dan müvəqqəti məşqçi TƏYİNATI 28 Oktyabr 2021, 16:30 Türkiyə ilə Çin arasında SÖZ SAVAŞI 28 Oktyabr 2021, 16:24 Mənzildə kişi meyiti tapıldı 28 Oktyabr 2021, 16:20 Sənaya təcavüzdə təqsirləndirilən şəxsin şikayəti rədd edildi 28 Oktyabr 2021, 16:15