Modern.az

ABŞ-da qatar qəzası: ölənlər var

ABŞ-da qatar qəzası: ölənlər var

26 Sentyabr 2021, 09:24

ABŞ -ın Çikaqo ilə Sakit Okeanın şimal -qərb bölgəsi arasında hərəkət edən Amtrak qatarı naməlum səbəbdən relsdən çıxıb.

 

Modern.az "Sözcü"yə istinadla xəbər verir ki, ilkin məlumata görə qəza nəticəsində 3 nəfər ölüb, onlarla insan yaralanıb. Ölüm sayının artacağı vurğulanır.

 

Hərəkətdə olan qatarının beş vaqonunun relsdən çıxmasından sonra qəzanın baş verdiyi ehtimal edilir. 

 

Qəza zamanı qatarda təxminən 147 sərnişin və 13 ekipaj üzvü olub. Yaralıların xəstəxanalarda müalicə olunduğu açıqlanıb və hadisə ilə bağlı araşdırmalara başlanılıb.

 

Turan

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı