Modern.az

“Adi istirahət”: əlində çomaqla dağlarda gəzir, çayda kater sürür, balıq tutur... 

“Adi istirahət”: əlində çomaqla dağlarda gəzir, çayda kater sürür, balıq tutur... 

Dünya

26 Sentyabr 2021, 10:23

“Rossiya 24” telekanalı Rusiya prezidenti Vladimir Putinin müdafiə naziri Sergey Şoyqu ilə birlikdə onun vətənində-Tuvada, Sibir tayqasında sonuncu istirahətindən videokadrları yayıb.

 

Modern.az-ın xəbərinə görə, kadrlardan görünür ki, Putin əlində çomaqla dağlarda gəzir, çayda katerlə üzür və balıq tutur.

 

Habelə istirahət zamanı Putinlə Şoyqu tayqa meşələrində çadırda gecələyiblər.

 

Putinin bu tayqa istirahəti sentyabrın əvvəllərində olub. Rusiyanın Uzaq Şərqinə səfərindən sonra Putin müdafiə naziri ilə birlikdə tayqaya bir neçə günlük istirahətə çəkilib. Onun mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib: “O, həqiqətən oradadır, yerini deməyəcək, ora Sibirdir. Adi istirahətdir: tayqa, dağlar, gəzinti, təmiz hava və daha nələr”.

Putin ənənəvi olaraq hər il Şoyqu ilə birlikdə Sibirdə  istirahət edir.

(virtualaz.org)

 
Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü