Modern.az

Xankəndidən video yayan ermənini HƏBS ETDİLƏR

Xankəndidən video yayan ermənini HƏBS ETDİLƏR

26 Sentyabr 2021, 11:18

Qarabağın Rusiya sülhməramlılarının nəzarətindəki ərazisində yerləşən separatçı-terrorçu dəstə sosial şəbəkələrdə Xankəndidən video yayan bir ermənini həbs edib.


Modern.az saytı xəbər verir ki, Ermənistan mətbuatının bununla bağlı məlumatına görə, Əsgəran sakini olan 2000-ci il təvəllüdlü M.A. sentyabrın 25 -də sosial şəbəkələrdə və teleqram kanallarında Xankəndinin müxtəlif yerlərini göstərən videomateriallar yayıb.


Müəllifin rus dilində yaydığı videomaterialda şəhəri "Stepanakert" deyil, "Xankəndi" adlandırması erməni separatçı-terrorçu dəstəsini hiddətləndirib.


Onu casusluqda suçlayaraq, həbs ediblər.

 
A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu