Modern.az

Prezidentdən İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsinə REAKSİYA: “Niyə indi..?” 

Prezidentdən İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsinə REAKSİYA: “Niyə indi..?” 

Ölkə

27 Sentyabr 2021, 14:08

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Anadolu” Agentliyinə müsahibə verib.


Modern.az xəbər verir ki, ölkə başçısı Ermənistanın işğalı altında olan ərazilərin qaytarılması ilə nəticələnən 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük müharibənin ildönümü ilə bağlı fikirlərini bölüşüb.


Müsahibə boyunca bir sıra məsələlərə toxunan İlham Əliyev İranın Azərbaycan sərhədlərinə yaxın ərazidə hərbi təlimlər keçirməsindən də təəssüflənib:

“Sərhədimizin yaxınlığında keçirilən hərbi təlimə gəlincə, bu, çox təəccüblü hadisədir. Çünki 30 illik müstəqillik dövründə belə hadisələr baş vermədi. İlk növbədə deməliyəm ki, hər bir ölkə öz ərazisində istədiyi hərbi təlimi keçirə bilər. Bu onun suveren hüququdur. Bunun üçün heç kim danışa bilməz. Ancaq bunu bir zaman aralığında təhlil edərkən, bunun heç vaxt baş vermədiyini görürük. Niyə indi və niyə sərhədimizdə? Bu sualları mən yox, Azərbaycan cəmiyyəti soruşur. Bu sualı bütün dünyadakı azərbaycanlılar verir. İşğal dövründə o bölgədə niyə heç bir təlim keçirilmədiyi də sual olunur. Niyə ermənilər Cəbrayıl, Zəngilan və Füzulidə olarkən təlimlər keçirilmədi? Niyə bu torpaqları azad etdikdən və 30 illik əsarət və işğala son qoyandan sonra edilir? Bu suallar qanuni suallardır. Təbii ki, bölgədəki uzunmüddətli əməkdaşlığa xələl gətirəcək heç bir şeyin olmasını istəmirik. Bir daha demək istəyirəm ki, Azərbaycan burada da çox məsuliyyətli və ölçülü davranır. Ümid edirəm ki, qanuni addımlarımıza olan emosional reaksiyalar müvəqqətidir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir