Modern.az

Füzulidə “27 sentyabr - Anım günü” qeyd edilib

Füzulidə “27 sentyabr - Anım günü” qeyd edilib

27 Sentyabr 2021, 16:05

2020-ci il Azərbaycan xalqının uzunəsrlik tarixinə qızıl hərflərlə yazıldı. Otuz ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun şücaəti sayəsində azad edildi. Haqq və ədalət uğrunda 44 günlük Vətən müharibəsi möhtəşəm Zəfərimizlə nəticələndi. Tariximizin əbədi qəhrəmanlıq salnaməsi olan bu Zəfər yüzlərlə şəhidimizin qanı ilə yazıldı.           


27 sentyabr - Anım Günü ilə əlaqədar olaraq Füzuli rayonunda da tədbir təşkil olunub. Tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, 84 saylı Füzuli seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Vüqar Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri, N saylı hərbi hissənin şəxsi heyyəti, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib. 

Tədbirdə Şəhid valideynləri, qazilər və rayon rəsmiləri çıxış edərək, 44 günlük savaşdan söhbət açıblar. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin adına ucaldılmış Şəhidlər Abidə Kompleksi ziyarət olunub, şəhidlərin ruhuna dualar oxunub, gül dəstələri düzülüb.

Sonda Şəhid ailələri və qazilər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-Prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır