Arxiv
27 Sentyabr 2021, 17:59 | AKTUAL
Xarici İşlər Nazirliyində şəhidlər yad olunub

Sentyabrın 27-də Xarici İşlər Nazirliyində 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda həlak olan əsgər və zabitlərimizin, eləcə də mülki vətəndaşlarımızın xatirəsi yad edilib

Modern.az xəbər verir ki, tədbirdə XİN-in rəhbər heyəti, o cümlədən  nazir müavinləri, xüsusi tapşırıqlar üzrə səfirlər, struktur-bölmə rəhbərləri habelə vətən müharibəsi iştirakçısı, Müdafiə Nazirliyinin nümayəndəsi iştirak ediblər.

Anım tədbiri XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 27 Sentyabr – Anım Günü ilə əlaqədar bəyanatının səsləndirilməsi ilə başlayıb.

Daha sonra çıxış edən nazir müavini Xələf Xələfov Ermənistan Respublikasının təcavüzkar siyasəti, Ermənistanın işğalçılıq siyasəti çərçivəsində davam edən hərbi təxribatları,   Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun əldə etdiyi Şanlı Qələbəyə aparan yol, dövlət başçısının hərbi, diplomatiya və informasiya sahələrində parlaq qələbəsi, hərb meydanında qazanılmış zəfərin beynəlxalq münasibətlərin  reallığına çevrilməsi üçün siyasi və diplomatik səylərin davam etdirilməsi barədə danışıb.

Müdafiə Nazirliyinin nümayəndəsi, Vətən müharibəsi iştirakçısı, polkovnik Elşad Əbilov İkinci Qarabağ Müharibəsində Azərbaycan ərazilərinin işğaldan azad edilməsi əməliyyatlarında iştirakı ilə bağlı fikirlərini, rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi qəhrəmanlığı ilə bağlı məlumatı tədbir iştirakçıları ilə bölüşüb.

Nazir müavini Xələf Xələfov Vətən Müharibəsi iştirakçısı polkovnik Elşad Əbilovun Qələbə rəmzi olan Xarı Bülbül keramik heykəlini təqdim edib.

Tədbirin sonunda Vətən müharibəsinə həsr olunmuş video-çarx nümayiş edilib.

Xarici İşlər Nazirliyinin rəhbər heyəti saat 12:00-da Şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Baş nazirdən Türkiyənin Vitse-prezidentinə MƏKTUB 28 Oktyabr 2021, 18:54 Əli Əsədovla Alparlsan Çakar bank sektorunu müzakirə etdi 28 Oktyabr 2021, 18:49 AMEA-nın 4 İnstitutuna baş direktor seçildi 28 Oktyabr 2021, 18:36 Moskvadan dəhliz AÇIQLAMASI: “Razılaşmaya sadiq qalmalıyıq” 28 Oktyabr 2021, 18:29 Ukrayna paytaxtı qapanmaya gedir 28 Oktyabr 2021, 18:18 Qazlaşdırılmayan yaşayış məntəqələrinin SAYI 28 Oktyabr 2021, 18:10 Niderlanddan Ağdama: 28 il sonra Vətənə dönüş - VİDEO 28 Oktyabr 2021, 18:01 “Zəngəzur dəhlizilə bağlı siyasi qərar olmalıdır” - VİDEO 28 Oktyabr 2021, 17:55 Dilçilik İnstitutunda yeni direktor TƏYİNATI 28 Oktyabr 2021, 17:54 Ermənistan hərbçilərinin yaralanmasını TƏSDİQLƏDİ 28 Oktyabr 2021, 17:48 Bu gün peyvənd olunanlar 28 Oktyabr 2021, 17:42 Yoluxma kəskin ARTDI 28 Oktyabr 2021, 17:36 Avtobusun şüşələri sıxlıqdan sınıb? - Rəsmi cavab 28 Oktyabr 2021, 17:30 "Azəriqaz" rəsmiləri Siyəzəndə 28 Oktyabr 2021, 17:25 “Azərbaycanın tarixi zəfəri” - Videokonfrans 28 Oktyabr 2021, 17:20 Amerikalı dindarlar Ağdam və Şuşada 28 Oktyabr 2021, 17:16 Universitetin 10 qrupunda əyani dərslər DAYANDIRILDI 28 Oktyabr 2021, 17:10 Texniki baxış mərkəzlərində YENİLİK 28 Oktyabr 2021, 17:05 Komitədən İraqdan gətirilən uşaqlarla bağlı MƏLUMAT 28 Oktyabr 2021, 17:00 Bərdə bombardmanı: faciə qurbanlarının yaxınları o günü belə XATIRLAYIR - FOTOLAR 28 Oktyabr 2021, 16:56 Boksçumuz 1/8 finalda 28 Oktyabr 2021, 16:52 İki məhkəmə sədri Şuraya üzv seçildi 28 Oktyabr 2021, 16:47 Suriyada 6 azərbaycanlı ÖLDÜRÜLDÜ 28 Oktyabr 2021, 16:41 Hava yenidən pisləşəcək - Yağış, leysan, qar gəlir 28 Oktyabr 2021, 16:35 "Barselona"dan müvəqqəti məşqçi TƏYİNATI 28 Oktyabr 2021, 16:30 Türkiyə ilə Çin arasında SÖZ SAVAŞI 28 Oktyabr 2021, 16:24 Mənzildə kişi meyiti tapıldı 28 Oktyabr 2021, 16:20 Sənaya təcavüzdə təqsirləndirilən şəxsin şikayəti rədd edildi 28 Oktyabr 2021, 16:15 Lisey koronavirusa görə BAĞLANDI 28 Oktyabr 2021, 16:09 Ötən ay pensiya ALANLAR 28 Oktyabr 2021, 16:04 Qazilərin “polis bizi döydü” ittihamına DİN-dən REAKSİYA 28 Oktyabr 2021, 16:00 UNEC-də beynəlxalq konfrans 28 Oktyabr 2021, 15:58 Deputatlarımız yenidən MDB PA-da vəzifəyə seçildilər 28 Oktyabr 2021, 15:52 Türkiyə Suriyada 2 hərbi əməliyyat HAZIRLAYIR 28 Oktyabr 2021, 15:46 Şəhidin adına profil açıb pul qazananlar TUTULDU 28 Oktyabr 2021, 15:41