Modern.az

Saakaşvili oktyabrın 2-nə Tbilisiyə bilet aldı

Saakaşvili oktyabrın 2-nə Tbilisiyə bilet aldı

Dünya

27 Sentyabr 2021, 23:41

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili oktyabrın 2-si tarixinə Tbilisiyə bilet alıb.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün "Facebook" səhifəsində məlumat verib.

 

O, Kiyev-Tbilisi istiqaməti üzrə aldığı aviabiletin fotoşəklini də paylaşıb. Biletdən aydın olur ki, o, oktyabrın 2-də, yerli vaxtla saat 23:05-də anası  ilə birlikdə Tbilisiyə çatacaq.

 

Xatırladaq ki, oktyabrın 2-də Gürcüstanda bələdiyyə seçkiləri keçiriləcək.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!