Modern.az

Teymur Musayevdən şəhid valideynlərilə bağlı TAPŞIRIQ

Teymur Musayevdən şəhid valideynlərilə bağlı TAPŞIRIQ

28 Sentyabr 2021, 15:56

“Sanator Kurort Reabilitasiya Mərkəzində şəhid valideynlərinin reabilitasiya, müalicə və istirahəti təşkil ediləcək”.

 

Modern.az xəbər verir ki, Sanator Kurort Reabilitasiya Mərkəzinin baş direktoru Mürsəl Mürsəlov bildirib.

 

Direktorun sözlərinə görə, bununla bağlı səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev tapşırıq verib:

“Bununla bağlı təkliflər layihəsi hazırlayaraq Səhiyyə Nazirliyinə göndərmişik. Hesab edirəm ki, tez bir zamanda təkliflərimiz qəbul ediləcək. Təkliflər qəbul ediləcəyi halda ictimaiyyətə məlumat veriləcək”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir