Arxiv
30 Sentyabr 2021, 16:16 |
Prezident ilk gündən işğalla barışmayacağını demişdi  

Ölkəmizdə həmişə şəhidlərə ən ali hörmət və ehtiram göstərilib, onların ailələri dövlətin diqqət və qayğısı ilə hərtərəfli əhatə olunub. Hələ Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə Birinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəman oğullarımızın adları əbədiləşdirilirdi, onların ailələrinə, həmçinin qazilərə, müharibə iştirakçılarına xüsusi diqqət göstərilirdi, sosial şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülürdü. Bu ənənə Ulu Öndərin müzəffər davamçısı Prezident İlham Əliyev tərəfindən də ən ali səviyyədə uğurla davam etdirilir. Dövlət başçımızın rəhbərliyi ilə istər Birinci Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinin, haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinin, qazilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi üçün ardıcıl və planlı şəkildə kompleks tədbirlər həyata keçirilib. Təkcə onu qeyd etmək yerinə düşər ki, 1997-2021-ci illərdə şəhid ailələrinin üzvlərinə 10 min 500 mənzil və fərdi ev təqdim olunub. Bu, dövlətin həmin kateqoriyadan olan insanlara xüsusi münasibətinin təzahürüdür.

 

Bu fikirləri Modern.az-a Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

 

Onun sözlərinə görə, xalqımız tərəfindən də həmişə şəhidlərimizin adı uca tutulur, onlara yüksək ehtiram göstərilir: “27 sentyabr – Anım Günündə də xalqımız böyük həmrəylik nümayiş etdirdi, şəhidlərimizin unudulmaz xatirəsini hörmətlə yad etdi, ruhlarına dualar oxundu. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da tədbirlərə qatılması, bu nünasibətlə keçirilən yürşdə iştirak etməsi şəhid ruhlarına göstərilən sayğının əlamətidir. Həmin gün dövlət başçımızın xalqa müraciəti bir sıra məqamları ilə yadda qaldı. Belə ki, cənab Prezident bir daha “Dağlıq Qarabağ” adlı münaqişənin və bu adda inzibati ərazinin mövcud olmadığını bəyan etdi. Vətən müharibəsində bu arzu ilə yaşayanların cəzasını Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə layiqincə verdi. Artıq bu barədə danışmaq yersizdir, bölgədə yeni reallıqlar mövcuddur, hamının, o cümlədən də Ermənistanın və onun havadarlarının bunu qəbul etməsi, heç vaxt mövcud olmayacaq, utopik xəyallardan əl çəkməsi vacibdir”.

 

“Dövlət başçımız xalqa verdiyi bütün vədləri ləyaqətlə yerinə yetirir. Prezident seçildiyi ilk gündən Azərbaycanın işğalla barışmayacağını dəfələrlə bəyan etmişdi. Vədinə sadiq qalan müzəffər Ali Baş Komandan xalqımızı qalib bir xalqa çevirdi, bütün dünyaya Azərbaycanın gücünü göstərdi, düşmənlərimizi rəzil etdi. Yenidən təxribatlara əl atmaq istəyən, revanşist düşüncə ilə yaşayanların aqibətinin necə olacağını Prezident bir daha xatırlatdı. Təbii ki, bu cür əməllər onsuz da vəziyyəti acınacaqlı olan Ermənistan üçün təhlükəlidir. Ölkədə sosial-iqtisadi vəziyyət günü-gündən ağırlaşır, iqtisadi böhran pik həddinə çatıb, insanların həyat şəraiti çox aşağı səviyyədədir. Onların çıxış yolu boş xülyalardan əl çəkib qonşularına qarşı ərazi iddialarını tamamilə unutmaq, mehriban qonşuluq prinsiplərinə əməl etmək, qalib ölkə kimi Azərbaycanın diktə etdiyi təklifləri qəbul etməkdir”, - Milli Məclisin deputatı qeyd edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyədə terror aktının qarşısı ALINDI 4 Dekabr 2021, 21:55 Türkiyədə koronavirusla bağlı son vəziyyət 4 Dekabr 2021, 21:48 “Telegram”ın işində nasazlıq 4 Dekabr 2021, 21:33 Təhvil verilən erməni hərbçilərin adları açıqlandı 4 Dekabr 2021, 21:14 Rusiyanın Suriyada kürd HƏMLƏSİ 4 Dekabr 2021, 21:01 Bayden və Putin bu tarixdə danışacaq 4 Dekabr 2021, 20:47 Ukraynaya daha çox "Bayraktar" SATILIB? 4 Dekabr 2021, 20:33 “Keçən bir il onu göstərir ki, artıq Ermənistan-Azərbaycan münaqişəsi başa çatıb” 4 Dekabr 2021, 20:16 "Qarabağ" "Sabah"ı darmadağın etdi - Qış çempionu oldu 4 Dekabr 2021, 20:13 İndoneziyada vulkan püskürdü - Ölü və yaralılar var 4 Dekabr 2021, 20:07 Şabranda quşçuluq sexində yanğın 4 Dekabr 2021, 19:55 "Instagram"da nasazlıq yarandı 4 Dekabr 2021, 19:47 Gürcüstan silkələndi 4 Dekabr 2021, 19:39 ABŞ "Əl-Qaidə" liderinə zərbə endirdi 4 Dekabr 2021, 19:26 Hüquq müdafiəçiləri nazirlə Tofiq Yaqublunun vəziyyətini müzakirə etdi 4 Dekabr 2021, 19:21 Aİ-dən Latın Amerikasına 3.4 milyardlıq yardım 4 Dekabr 2021, 19:09 Ermənistan digər ərazilərin mina xəritələrini də Azərbaycana VERDİ 4 Dekabr 2021, 18:41 Sahil Babayev məşhur teleaparıcının oğlunu vəzifəyə təyin etdi - FOTO 4 Dekabr 2021, 18:32 Azərbaycan daha 10 erməni hərbçini TƏHVİL VERDİ 4 Dekabr 2021, 18:29 Azərbaycan və Türk diaspor təşkilatlarının əməkdaşlığı 4 Dekabr 2021, 18:20 İran parlamenti sədrinin 1-ci müavini Azərbaycan səfirini təbrik edib 4 Dekabr 2021, 18:18 Keçmiş prezident Putinin partiyasına sədr seçildi 4 Dekabr 2021, 18:11 “İçərişəhər”in direktor müvini koronavirusdan öldü 4 Dekabr 2021, 17:49 Ermənistanda polis polkovniki həbs edildi 4 Dekabr 2021, 17:46 Ərdoğan Türkyənin brendini niyə dəyişdirdi... - FOTO 4 Dekabr 2021, 17:22 Bakıda 550 küçə dezinfeksiya edildi 4 Dekabr 2021, 17:13 “Saakaşvili sizə lazım deyilsə, onu bizə qaytarın, Ukraynaya lazımdır” - Xanımından Gürcüstana ÇAĞIRIŞ 4 Dekabr 2021, 16:47 3-cü doza vaksin vurduranların sayı 4 Dekabr 2021, 16:47 Son sutkanın yoluxanları - 18 nəfər ÖLDÜ 4 Dekabr 2021, 16:40 Rusiya Xəzəryanı ölkələrin hərbi gücünün zəiflədilməsinə çalışır - ŞƏRH 4 Dekabr 2021, 16:27 Türkiyənin axtarışa verdiyi 5 nəfər Batumidə tutuldu 4 Dekabr 2021, 15:57 Şəhid ailələri üzvləri və qazilərə vergi güzəştləri 4 Dekabr 2021, 15:53 Fulya Öztürk xəstəxanaya yerləşdirildi 4 Dekabr 2021, 15:46 Londondakı Azərbaycan icması ilə görüş - FOTOLAR 4 Dekabr 2021, 15:35 Bölgələrdə uşaqlarla bağlı layihə 4 Dekabr 2021, 15:28
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?