Modern.az

Qəzzada bombardman: 20 ölü, 235 yaralı

Qəzzada bombardman: 20 ölü, 235 yaralı

16 Noyabr 2012, 12:17

Xarici KIV-lər Qəzzada vəziyyətin gərgin olduğu haqda xəbərlər verir. İsrail ordusu bölgəni ard-arda bombardman edir. İsrail Müdafiə Nazirliyinin verdiyi açıqlamada Qəzzada 300 yaxın obyektin vurulduğu bildirilir. Eyni zamanda İsraildə səfərbərlik elan olunduğu haqda xəbərlər də artıq təsdiqini tapmaqdadır.  

  Üç gün davam edən bombardmanda 20 fələstinli öldürülüb, 235-i isə yaralanıb. HƏMAS isə öz növbəsində İsrailə cavab zərbələri endirib və üç İsrail əsgəri ölüb, 6 nəfər isə yaralanıb. Təşkilat İsrail ilə mövcud durumda heç bir atəşkəsi qəbul etməyəcəyini bildirib.   Xatırladaq ki, İsrail Fələstinə qarşı başlatdığı əməliyyata “Bulud sütunu” adını verib.  

Aqşin Kərimov
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı