Modern.az

Polisə müqavimət göstərən narkokuryer saxlanıldı

Polisə müqavimət göstərən narkokuryer saxlanıldı

6 Oktyabr 2021, 11:34

Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

 

Əməliyyat zamanı Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Elbrus Əliyev tutularaq istintaqa təqdim edilib. Onun üzərinə, eləcə də idarə etdiyi avtomobilə baxış zamanı ümumi çəkisi 1 kiloqram 40 qram olan narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib.

 

Qeyd edək ki, Elbrus Əliyev saxlanılan zaman müqavimət göstərərək qaçmağa çalışsa da, polis əməkdaşlarının çevikliyi və operativliyi nəticəsində onun tutulması təmin edilib.

 

İlkin araşdırma zamanı müəyyən edilib ki, Elbrus Əliyev qonşu ölkələrdən birində yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərən narkotacirlə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq onun təklifi nəticəsində narkokuryerliyə cəlb edilib. Onun əsas məqsədi əldə etdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində qanunsuz dövriyyəsini təşkil etmək olub.

 

Elbrus Əliyev ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf ediblər.

 

Faktla bağlı Saray Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat- istintaq tədbirləri davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi