Modern.az

Parlamentdə Xankəndi məsələsi qaldırıldı

Parlamentdə Xankəndi məsələsi qaldırıldı

12 Oktyabr 2021, 11:38

Vətən müharibəsi başlayandan ilk gündən onlarla xankəndili gənclər ordumuzun sıralarına yazıldı”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Tural Gəncəliyev deyib. Deputat Xankəndi şəhərindən olan azərbaycanlıların eyni zamanda informasiya müharibəsində çox aktiv fəaliyyət göstərdiklərini qeyd edib:

 

“Birinci Qarabağ müharibəsinin ilk qurbanları 1988-ci ildə Xankəndidə baş vermiş talanların qurbanları olublar. Bütün bunların nəticəsində bizim Xankəndi sakinlərimiz düşmən üzərində qələbə qazanmasında iştirak ediblər. Ümidvaram ki, gələcəkdə Xankəndi şəhidlərinin xatirəsi əbədiləşdiriləcək"

 

Deputat sonda bu məsələ ilə bağlı müvafiq qurumlardan diqqət yetirilməsini xahiş edib

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi