Modern.az

Sabiq nazir: Qarabağdakı Monitorinq qrupu nə ilə məşğuldur?!

Sabiq nazir: Qarabağdakı Monitorinq qrupu nə ilə məşğuldur?!

14 Oktyabr 2021, 16:54

“Ermənilər Rusiya sülhməramlılarının nəzarət etdiyi hissədən Azərbaycan Ordusunun mühafizəsindəki ərazilərə PUA-lar qaldırıbsa, monitorinq qrupu bu barədə açıqlama yaymalıdır”.

 

Bunu Modern.az-a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

 

Sabiq nazir hesab edir ki, sülhməramlıların yerləşdiyi ərazidə qanunsuz erməni birləşmələri bir atəş belə açsa, bu barədə məlumat verilməlidir:

 

“Sülhməramlılar həmin ərazilərdə post-patrul xidməti həyata keçirirlər. Amma orada monitorinq qrupu var. Onlar texniki vasitələrlə bölgəni nəzarətdə saxlayırlar. Monitorinq qrupu açıqlama verməlidir ki, PUA kim tərəfindən, nə məqsədlə qaldırılıb. Buna bənzər hadisələr olanda, atəş açıldıqda, kimsə qanunsuz hərəkət etdikdə, bu diqqətdən kənar qalmamalıdır.  Bəs monitorinq qrupu nə ilə məşğuldur? Sülhməramlıların fəaliyyəti nəticəsini verməlidir”.

 

Müdafiə Nazirliyinin məlumatına görə, oktyabrın 14-də Füzuli rayonu istiqamətində kəşfiyyat məqsədilə Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrakopter bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar edilərək ələ keçirilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir