Modern.az

Daşınmaz əmlak bazarı - Kirayə mənzillər BAHALAŞDI

Daşınmaz əmlak bazarı - Kirayə mənzillər BAHALAŞDI

15 Oktyabr 2021, 09:15

“Sentyabr ayı ərzində daşınmaz əmlak bazarında ötən ilin eyni dövrü ilə müqayisədə 11,01%-lik qiymət artımı qeydə alınıb”.

 

Bunu Modern.az-a açıqlamasında “MBA” konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov sentyabr ayında daşınmaz əmlak bazarında müşahidə edilən vəziyyətlə bağlı danışarkən deyib.

 

N.İbrahimovun sözlərinə görə, təkrar mənzil bazarında ay ərzində 0.81 %-lik, il ərzində 1.73%-lik azalma müşahidə olunub:

 

“İlkin mənzil bazarında ay ərzində 9.56%, il ərzində 4.19% azalma olub. Kommersiya obyektləri bazarında ay ərzində 3.70%-lik artım, il ərzində 18.75% artım müşahidə edilib. Torpaq bazarında isə ay ərzində 4.58%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 4.72%-lik azalma qeydə alınıb”.

 

Ekspert onu da deyib ki, mənzillərin kirayə bazarında ay ərzində 13.16%, il ərzində 5.92% artım olub:

 

“Fərdi yaşayış və bağ evlərinin kirayəsində ay ərzində 3.66%, il ərzində isə 2.37%-lik azalma var. Kommersiya obyektlərinin icarəsi bazarında ay ərzində 4.85% azalma, il ərzində 7.24% azalma qeydə alınıb. Tikinti malları bazarına gəlincə, ay ərzində 4.33% artım, il ərzində isə 26.67% artım müşahidə edilib”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi