Arxiv
15 Oktyabr 2021, 11:29 | AKTUAL
Zahid Oruc: "Ali Baş Komandana xaricdən informasiya çamuru atanlar…”

"Prezident İlham Əliyev 3-cü minillikdə və XXI əsrin müharibəsində dünyada yeganə qalib dövlət başçısıdır. Qələbəmizi hərbi-siyasi meydanda təmin edən Ali Baş Komandanın şəxsiyyəti əleyhinə hücumların son aylar intensivləşməsi 44 günlük haqq savaşında Ermənistanla birgə məğlub olan və 30 illik işğala dəstək verən beynəlxalq mərkəzlərin, casus şəbəkələrin yenidən baş qaldırmasıdır".

Modern.az xəbər verir ki, bu fikirləri parlamentin plenar iclasında  deputat Zahid Oruc bildirib.


Deputat qeyd edib ki, son 6 ildə dünyada haker hucumları ilə külli miqdarda məxfi bank məlumatlarını oğurladığını iddia edən 100-dən artıq xarici jurnalistin birləşdiyi Beynəlxalq Araşdırmaçı Korrupsiya Konsorsiumu əslində Amerikanın İnkişaf Agentliyi də daxil məxfi-siyasi dairələrinin Vikileaks əleyhinə qurduğu və qlobal ləkələmə, siyasi texnologiya/şantaj layihəsidir. Dünyada qanlı inqilablar sahəsində ad çıxaran Corc Sorosun Konsorsiumun maliyyə himayədarı olduğu hamıya məlumdur:

 

"Xatırladaq ki, illərdir davamlı izlənməyə və təqiblərə məruz qalan avstraliyalı internet fəalı, naşir Culian Asanjın Vikileaks zəlzələsini ABŞ-n təhlükəsizliyinə böyük zərbə sayanlar ələ keçirilən milyonlarla məxfi məlumatda İrakdan Əfqanıstana və yaxud ərəb ölkələrinə qədər həyata keçirilən saysız-hesabsız hərbi-siyasi cinayətləri gizlətmək, dövlət və hökumət başçılarından alınan külli miqdarda korrupsiya pullarını ört-basdır etmək üçün müxtəlif alternativ şər və fake-news kampaniyaları həyata keçirirlər.

 

Panama, Paradise, Peqasus, Pandora sənədləri adı ilə yayılan haker məlumatlarını da o qəbildən qəbul etmək gərəkdir. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin də yer aldığı və qlobal ləkələmə-şərləmə vasitəsilə dünya miqyasında əsasən qeyri-qərb liderlərini təzyiqdə saxlamaq və idarə etmək üçün kampaniya gedir. Yaxşı xatırlayırsınız, ötən ilin sentyabrında Vətən müharibəsinə cəmi bir həftə qalmış Azərbaycanın İsraildən aldığı 1.6 milyardlıq silah haqda hansı çirkin məlumatlar yayılmışdı. Eləcə də uzun illər Rusiyadan alınan hərbi tenxnikanın keyfiyyətsizliyi barəsində xaricdə və daxildə aparılan sistemli qaralama kampaniyası işğalı qoruyub saxlamaq istəyənlərin məqsədinə xidmət edirdi.Müharibə başlayan kimi Azərbaycan ordusunun Xankəndindən, Xocavənddən Kəlbəcərlə sərhəd mövqelərə qədər xalqımıza zərbə vuran hədəfləri məhz İsrail, Rusiya, Belarus istehsallı raketlərlə məhv edəndə o kampaniyanı aparanlar əvvəlki illərdə dedikləri böhtanları unudaraq, Azərbaycan ordusunun 5-ci nəsil tenxologiyası ilə savaş apardığından danışdılar. O illərdə Ali Baş Komandan əleyhinə hər gün “bir qarış da torpaq alınmayacaq” hökmü ilə xaricdən informasiya çamuru atanlar 44 gündə hərbi meydanda məğlublarla bir səngərdə döyüşürdülər. Lakin Prezidentin və ailəsinin əleyhinə hücumların Azərbaycan uğrunda aparılan iqtisadi-siyasi mübarizənin tərkib hissəsi olduğu indi gün kimi aydındır. Siyasi düşmənlərindən fərqli olaraq, İlham Əliyevin adı tarixdə qalib lider kimi qalacaq. İndi gedib həmin adamlar üzərində məhkəmə qurmağa ehtiyac yoxdur. Çünki müharibədə qələbəmiz onlara ən böyük cəzadır. Prezidentin alternativi məglubiyyət və işğaldır!".

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Lev Yaşin mükafatının qalibi bəlli oldu 30 Noyabr 2021, 00:53 20 yaşlı polis VƏFAT ETDİ 30 Noyabr 2021, 00:09 Ailənin 5 üzvü dəm qazından zəhərləndi 30 Noyabr 2021, 00:01 Türkiyədə koronavirusla bağlı son vəziyyət 29 Noyabr 2021, 23:54 Konqoda qaçqın düşərgəsinə hücum: 20 ölü 29 Noyabr 2021, 23:29 Polisdən mülki geyimdə REYD 29 Noyabr 2021, 23:03 Qlobal səylər səfərbər edilir 29 Noyabr 2021, 22:46 Azərbaycan SOA ölkələri ilə əməkdaşlığa HAZIRDIR 29 Noyabr 2021, 22:32 Aİ rəsmisi təhsil naziri ilə danışıqlar APARDI 29 Noyabr 2021, 22:22 “Omikron” ştammı İsveçdə 29 Noyabr 2021, 22:09 İstanbulda məktəblər  BAĞLANDI 29 Noyabr 2021, 21:53 Emin Əmrullayev Dünya Bankının rəsmisi ilə GÖRÜŞDÜ 29 Noyabr 2021, 21:40 Aİ yeni media qanunu hazırlayır 29 Noyabr 2021, 21:24 Belarusdan Ukrayna ilə sərhəddə təlim QƏRARI 29 Noyabr 2021, 21:03 Xarici ticarət dövriyyəsi 26 milyard dolları ötüb 29 Noyabr 2021, 20:47 “Twitter”in rəhbəri istefa VERDİ   29 Noyabr 2021, 20:37 Əks-göstəriş sertifikatı ilə bağlı yeni qaydalar 29 Noyabr 2021, 20:23 İranda helikopter qəzası 29 Noyabr 2021, 20:11 Əlaqələndirmə mərkəzlərində vətəndaşlara göstəriləcək xidmətlər 29 Noyabr 2021, 19:52 COVID sertifikatının verilmə QAYDASI 29 Noyabr 2021, 19:33 COVID-19-la bağlı sertifikatlar TƏSDİQLƏNDİ 29 Noyabr 2021, 19:21 Türkiyədə qasırğa - 4 nəfər ÖLDÜ 29 Noyabr 2021, 19:19 Yeni il qabağı karantinə nəzarət GÜCLƏNDİRİLİR 29 Noyabr 2021, 19:10 Operativ Qərargahdan "Omicron"la bağlı TAPŞIRIQ 29 Noyabr 2021, 19:07 2 rayonda qaz OLMAYACAQ 29 Noyabr 2021, 18:50 Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilən QOCALAR 29 Noyabr 2021, 18:42 Ermənistanın Azərbaycana  kiberhücumları - VİDEO 29 Noyabr 2021, 18:21 Pensiyasını orduya bağışlayan Hikmət baba Şuşaya APARILDI 29 Noyabr 2021, 18:05 Fəlsəfə doktorluğu üçün QEYDİYYAT 29 Noyabr 2021, 18:00 Putin xüsusi nümayəndəsini İrana göndərdi 29 Noyabr 2021, 17:55 XİN rəhbərləri arasında məsləhətləşmə 29 Noyabr 2021, 17:50 Aşağı Gövhərağa məscidi bərpa olunur 29 Noyabr 2021, 17:46 Dolların məzənnəsi sabit qaldı 29 Noyabr 2021, 17:42 Bolqarıstanlı xanım Azərbaycanda nazir müavini TƏYİN EDİLDİ 29 Noyabr 2021, 17:38 Yaponiyada güclü ZƏLZƏLƏ 29 Noyabr 2021, 17:32
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?