Arxiv
15 Oktyabr 2021, 19:28 | AKTUAL
Ceyhun Bayramov fransızlara Ermənistanın cinayətlərindən DANIŞDI

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Piyadalar Əleyhinə Minaların Aradan Qaldırılması üzrə Milli Komissiyasının (CNEMA) prezidenti səfir Jerar Şesnelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

Bu barədə Modern.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Görüşdə nazir Ceyhun Bayramov Azərbaycan ərazilərinin bir hissəsinin 30 ilə yaxın davam edən işğalı və onun ağır nəticələrindən bəhs edib. Ötən il ərzilərimizin hərbi-siyasi yolla azad edildiyini qeyd edən nazir, əsas diqqəti Ermənistanın ərazilərimizin məqsədyönlü şəkildə minalarla çirkləndirilməsi siyasətinə yönəldib və azad olunmuş ərazilərdə insan həyatına hədə törədən mina təhlükəsindən danışıb. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra, əvvəlcə ümumiyyətlə mina xəritələrinin olmasını inkar edən Ermənistanın daha sonradan təqdim etdiyi kiçik qism mina xəritələrinin Etibarlılığının yalnız 25 % təşkil etdiyini qarşı tərəfin diqqətinə çatdırıb. Bu günədək 167 vətəndaşımızın mina partlayışından zərər çəkdiyi, onlardan 33 nəfərin həlak olduğu qeyd edilib, həlak olanlar arasında 2 nəfər jurnalistin olduğu vurğulanıb.

 

Nazir, həmçininn işğalan azad olunmuş ərazilərdəki vəziyyət, burada Ermənistan tərəfindən törədilmiş, urbisid, kultursid və ekosid barəsində geniş məlumat verib. Eyni zamanda Fransa nümayəndə heyətinə Azərbaycan Hökuməti tərəfindən azad olunmuş ərazilərin bərpa və quruculuğu istiqamətində görülən işlər, bu istiqamətdə əldə olunan nəticələr barədə məlumat təqdim edilib.

 

Fransanın Piyadalar Əleyhinə Minaların Aradan Qaldırılması üzrə Milli Komissiyasının nümayəndə heyəti qəbula görə təşəkkür edərək, fəaliyyətləri barədə məlumat veriblər. Komissiyanın Azərbaycan tərəfi ilə müvafiq sahədə əməkdaşlıq niyyəti ifadə edilib.

 

Görüşdə tərəflər, həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tanınmış jurnalist dünyasını dəyişdi 5 Dekabr 2021, 17:30 Minskdən Kiyevə nota 5 Dekabr 2021, 17:17 2 azyaşlı bacı dəm qazından zəhərləndi 5 Dekabr 2021, 17:05 Eltac Səfərli liderlər qrupunda 5 Dekabr 2021, 17:00 III doza vaksin vurduranlar 1 milyonu ÖTDÜ 5 Dekabr 2021, 16:44 Bu gün yoluxanlar: 1791 nəfər sağaldı 5 Dekabr 2021, 16:34 Oğuzda ev yandı  5 Dekabr 2021, 16:33 İlon Mask evsiz qaldı 5 Dekabr 2021, 16:29 Avropa Parlamentindən Kremlə ULTİMATUM 5 Dekabr 2021, 16:25 Türk ordusu 3 terrorçunu məhv etdi 5 Dekabr 2021, 16:18 Fati "Bavariya" ilə oyunu buraxacaq 5 Dekabr 2021, 16:04 İranda virus statistikası 5 Dekabr 2021, 15:55 ABŞ kəşfiyyat təyyarəsi Azərbaycan sərhədi boyunca uçdu 5 Dekabr 2021, 15:47 Brüssel masasında nələr var: Bakı İrəvana nələri DİQTƏ EDƏCƏK? 5 Dekabr 2021, 15:31 Gəncədə ağır qəza: ölənlər var 5 Dekabr 2021, 15:16 Gürcüstandan Ermənistana keçid qaydaları dəyişdi 5 Dekabr 2021, 15:12 Şabranda qardaş bacısını öldürdü 5 Dekabr 2021, 15:02 Federasiyadan seyf OĞURLADILAR 5 Dekabr 2021, 14:58 Göyçayda polis viruslu xəstələri saxladı 5 Dekabr 2021, 14:52 Marş "Leyptsiq"dən ayrıldı 5 Dekabr 2021, 14:44 Tanınmış şair dünyasını dəyişdi 5 Dekabr 2021, 14:35 Rusiyada koronavirus statistikası 5 Dekabr 2021, 14:23 Suriyadakı ABŞ bazasına hücum 5 Dekabr 2021, 14:15 Gəncədə "avtoş"lar saxlanıldı 5 Dekabr 2021, 14:12 Virus xəstəsi məsuliyyətə cəlb edildi 5 Dekabr 2021, 14:08 Nazir ekspertlərlə görüşdü 5 Dekabr 2021, 13:58 Türkiyədə evləri su basdı 5 Dekabr 2021, 13:51 Hindistanda atışma: ölənlər var 5 Dekabr 2021, 13:44 Avstraliya parlamenti bağlandı 5 Dekabr 2021, 13:40 Nur-sultanda xeyriyyə festivalı 5 Dekabr 2021, 13:31 Ramiz Abutalıbovun vəziyyəti AĞIRDI   5 Dekabr 2021, 13:19 İlin ən yaxşı futbol hakimi açıqlandı 5 Dekabr 2021, 13:14 Polşa sərhədçiləri rus gəmisini saxladı 5 Dekabr 2021, 13:10 85 yaşlı kişi partlayışda öldü 5 Dekabr 2021, 12:59 Ərdoğan: "Gələn ilin ilk aylarından..." 5 Dekabr 2021, 12:58
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?