Modern.az

İranın Baş Qərargah rəisi Moskvaya gedir

İranın Baş Qərargah rəisi Moskvaya gedir

Dünya

16 Oktyabr 2021, 00:33

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bakeri Rusiyaya səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə İranın Moskvadakı səfirliyinin hərbi attaşesi Rza Xosravi Mokadam məlumat verib.

 

O, Bakerinin Rusiyanın müdafiə naziri Sergey Şoyqu tərəfindən dəvət edildiyini bildirib.

 

Məlumata görə, İranın Baş Qərargah rəisi Rusiya rəsmiləri ilə hərbi sahədə əməkdaşlığın inkişafı, terrorizmə qarşı mübarizə, həmçinin regional və beynəlxalq məsələləri müzakirə edəcək.

 

Akif İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir