Modern.az

Ermənistan parlamentinin spikeri Hovik Abrahamyan Bakıya gəlir

Ermənistan parlamentinin spikeri Hovik Abrahamyan Bakıya gəlir

Dünya

21 Noyabr 2012, 10:30

Ermənistan parlamentinin spikeri Hovik Abrahamyan Bakıya dəvət olunub. Modern.az xəbər verir ki, spiker Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) sessiyasında iştirak etmək üçün Bakıya dəvət alıb. Spikerin mətbuat xidmətinin rəhbəri erməni saytlarına bildirib ki, hazırda Hovik Abrahamyan tətildədir. “Cümə axşamı tətildən qayıdacaq. Bundan sonra onun Bakıya getməsi müzakirə olunacaq”.

Qeyd edək ki, Bakıda noyabrın 27-28-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 40-cı iclası keçiriləcək. Sessiyaya  bir sıra nüfuzlu şəxslər dəvət olunublar.

İclasda üzv ölkələr arasında parlament əməkdaşlığının inkişaf perspektivləri, iqtisadi və ekoloji problemlər, sosial və mədəni inkişaf məsələləri müzakirə olunacaq.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı