Modern.az

Azərbaycan Slovakiyadan minatəmizləmə maşınları gətirəcək

Azərbaycan Slovakiyadan minatəmizləmə maşınları gətirəcək

19 Oktyabr 2021, 13:30

Azərbaycan və Slovakiya arasında minatəmizləmə sahəsində əməkdaşlıq başlayıb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov slovakiyalı həmkarı ilə birgə mətbuat konfransında bildirib.

 

Nazirin sözlərinə görə, Slovakiya istehsalı olan minatəmizləmə maşınlarının Azərbaycana gətirilməsi ilə bağlı müvafiq tərəflər arasında müqavilə imzalanıb.

 

XİN rəhbəri qeyd edib ki, minatəmizləmə maşınlarının ilk partiyası yaxın zamanda Azərbaycana gətiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir