Arxiv
20 Oktyabr 2021, 10:32 | PARLAMENT
Sahibə Qafarova Xorvatiyanın Xarici işlər naziri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Xorvatiya Respublikasının ölkəmizdə səfərdə olan Xarici və Avropa İşləri naziri Qordan Qrliçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, parlamentin sədri qonaqları səmimi salamlayaraq, Azərbaycanın Xorvatiya ilə əlaqələrin inkişafına böyük önəm verdiyini söyləyib. Qeyd edilib ki, ölkələrimiz arasında münasibətlərin hazırkı yüksək səviyyəyə qalxmasında dövlət başçılarımızın qarşılıqlı səfərlərinin və görüşlərinin əhəmiyyəti böyükdür. Bu görüşlər zamanı aparılan danışıqlar və imzalanmış sənədlər münasibətlərimizin möhkəm təməllər üzərində inkişafına yaxşı zəmin yaradıb.

 

Spiker Sahibə Qafarova bildirib ki, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq iqtisadi münasibətlərə də öz müsbət təsirini göstərməkdədir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verdiyini söyləyən Milli Məclisin sədri əlavə edib ki, bölgədə həyata keçirilən nəqliyyat layihələri ölkəmizin bu infrastrukturundan və tranzit imkanlarından istifadə üçün yeni imkanlar açır. Söhbətdə spiker dövlətlərarası münasibətlər sistemində parlamentlərin rolunu vurğulayıb. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib, deputatların qarşılıqlı səfərlərinin əhəmiyyətindən danışıb.

 

Söhbətdə Vətən müharibəsində Azərbaycanın Zəfərindən söz açan Sahibə Qafarova rəşadətli Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 il Ermənistanın işğalı altında olan torpaqlarını azad etdiyini və ərazi bütövlüyünün öz gücü ilə bərpasına nail olduğunu söyləyib. Bununla ölkəmiz Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərini yerinə yetirib. Spiker deyib ki, 30 il erməni işğalı altında olan torpaqlarımızda bütün şəhər və qəsəbələr dağıdılmış, viran qoyulmuşdur. Bu gün bu ərazilərdə bərpa və quruculuq işləri aparılır. Ermənistan isə təxribatlardan əl çəkmir, sərhədlərin delimitasiya prosesinə mane olmağa çalışır, minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir.

 

Səmimi görüşə görə minnətdarlığını bildirən Xorvatiya Respublikasının Xarici və Avropa İşləri naziri Qordan Qrliç ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Bildirilib ki, Xorvatiya ölkəmizlə əlaqələrin dərinləşməsinə böyük maraq göstərir. Siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrimiz getdikcə genişlənir. Parlamentlər səviyyəsində əməkdaşlığımızın daha da dərinləşməsi, deputatlarımızın mütəmadi qarşılıqlı səfərləri və görüşləri ümumi məqsədlərə xidmət edir. Xorvatiya Azərbaycanın əldə etdiyi uğurlara sevinir. Bu gün iki ölkə arasında təkcə enerji sektorunda deyil, kənd təsərrüfatı, turizm, yüksək texnologiyalar sahələrində də əməkdaşlıq üçün geniş imkanlar var.
Söhbətdə Milli Məclisin Xorvatiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Könül Nurullayeva, Milli Məclisin komitə sədri Tahir Mirkişili çıxış edərək ölkələrimiz arasında əməkdaşlıq barədə öz fikirlərini bölüşüblər.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov, Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç və digər rəsmi şəxslər iştirak ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan və Yunanıstan XİN başçıları arasında GÖRÜŞ 2 Dekabr 2021, 22:54 Ceyhun Bayramov avstriyalı həmkarı ilə GÖRÜŞDÜ 2 Dekabr 2021, 22:42 Cənubi Koreyada ABŞ hərbçilərinin sayı dəyişməyəcək 2 Dekabr 2021, 22:28 İctimai Şuradan Tofiq Yaqublu ilə bağlı Nazirliyə müraciət 2 Dekabr 2021, 22:12 Misir XİN-dən başsağlığı 2 Dekabr 2021, 21:56 Birliyimiz əbədi olmalıdır 2 Dekabr 2021, 21:51 Tofiq Yaqublu prokurorluğa çağırıldı 2 Dekabr 2021, 21:47 Yaşadığı evi tərk edən koronavirus xəstəsi aşkarlandı 2 Dekabr 2021, 21:40 Sabah bu ərazidə qaz kəsiləcək 2 Dekabr 2021, 21:25 45 milyon insan aclıqla üzləşə BİLƏR 2 Dekabr 2021, 21:11 Ceyhun Bayramov ATƏT-in iclasında iştirak etdi 2 Dekabr 2021, 20:55 Balakəndə karantini pozanlar cərimələndi 2 Dekabr 2021, 20:45 Sərhəd məsələsində Azərbaycanın gözləntisi AÇIQLANDI 2 Dekabr 2021, 20:30 Şirvan sakinlərində narkotik AŞKARLANDI 2 Dekabr 2021, 20:22 "Ermənistana əlavə təzyiqlərin göstərilməsinə ehtiyac var" 2 Dekabr 2021, 20:09 “Brent” nefti ucuzlaşdı 2 Dekabr 2021, 20:07 Suriyada terakt - 10 neftçi öldü 2 Dekabr 2021, 19:55 Mədəniyyətlərarası dialoq forumu gələn il Bakıda keçiriləcək 2 Dekabr 2021, 19:49 "Münaqişə başa çatıb" - Ceyhun Bayramov 2 Dekabr 2021, 19:45 Azərbaycanda sosial müdafiə xərcləri artırılıb 2 Dekabr 2021, 19:42 Britaniya səfiri nazir müavini ilə görüşdü 2 Dekabr 2021, 19:27 Azərbaycandan neft hasilatının artırılmasına RAZILIQ 2 Dekabr 2021, 19:21 Ermənistan 22 muzeyi dağıdıb - Hesabat 2 Dekabr 2021, 19:09 Prezident Mark Şnayeri QƏBUL ETDİ 2 Dekabr 2021, 19:04 Zaur Əliyev bu mərkəzin yeni tərkibini TƏSDİQLƏDİ 2 Dekabr 2021, 19:00 Ermənilərin Qarabağda dağıtdığı ABİDƏLƏR 2 Dekabr 2021, 18:54 Deputat Avronest PA-nın Büro iclasında 2 Dekabr 2021, 18:48 Çavuşoğlu ilə Lavrov GÖRÜŞÜB 2 Dekabr 2021, 18:42 Manatın məzənnəsi sabit qaldı 2 Dekabr 2021, 18:36 Orduda hərbi cinayətlərin sayı azalıb - Rəsmi 2 Dekabr 2021, 18:30 İlham Əliyev Nobel mükafatçısı Aziz Sancarı qəbul edib 2 Dekabr 2021, 18:24 Azay Quliyev Büroda Soçi Bəyanatının mahiyyətini açıqladı 2 Dekabr 2021, 18:18 GUAM-a üzv dövlətlər protokol İMZALADI 2 Dekabr 2021, 18:12 Bakıda 27 narkotacir saxlanıldı - VİDEO 2 Dekabr 2021, 18:06 Ceyhun Bayramov ABŞ Dövlət katibi ilə sərhədi MÜZAKİRƏ ETDİ 2 Dekabr 2021, 17:55
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?