Modern.az

Milli Parkda ova cəhd edənlər cəzalandırıldı

Milli Parkda ova cəhd edənlər cəzalandırıldı

Aktual

20 Oktyabr 2021, 12:46

Şahdağ Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın Quba bölməsinin ərazisində ova cəhd edən şəxslər saxlanılıb.

 

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova Modern.az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakini Əli Quliyev və Quba rayon sakini Səxavət Zalov olduğu müəyyən edilib:

 

“Faktla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?